yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Rüfət Aslanlı vəzifəsini itirdi! – MBNP-nin Direktorlar Şurası ləğv olundu

Rüfət Aslanlı vəzifəsini itirdi! – MBNP-nin Direktorlar Şurası ləğv olundu
5-10-2018, 12:52 216 dəfə baxılıb

Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsinin Direktorlar Şurası ləğv olunub
Bu məsələ Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi Palatanın yeni nizamnaməsində öz əksini tapıb.
Nizamnaməyə görə, MBNP-nin idarəetmə orqanı İdarə Heyətidir.

Bundan əvvəlki nizamnamədə isə qurumun idarə edilməsi İdarə Heyəti ilə yanaşı Direktorlar Şurasına həvalə edilmişdi.

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Rüfət Aslanlı idi. Sədr müavini Nigar Məmmədova, üzvü isə İlqar Muradovdur.

Prezidentin qərarı ilə Rüfət Aslanlı və digər adları çəkilən şəxslər faktiki olaraq vəzifələrini itiriblər.

Qeyd edək ki, Rüfət AslanlI Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun kadrı sayılır. Təsadüfü deyil ki, 1970-ci ildə Bakı şəhərində anadan olan Rüfət Aslanlı uzun müdət Mərkəzi Bankda fəaliyət göstərib. O, 1994-cü ilin dekabr ayından Azərbaycan Respublikası Milli Bankının Baş pul-kredit siyasəti və valyutanın tənzimi idarəsində aparıcı iqtisadçı, 1995- ci ildən baş iqtisadçı, 1998-ci ildən isə həmin idarənin valyuta nəzarəti şöbəsinin rəisi vəzifələrində çalışmışdır. 2000-ci ilin iyul ayından Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru, 2001-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Republikası Milli Bankı İdarə Heyətinin üzvü seçilmişdir. 2006-cı ildə Milli Bankın Baş direktoru vəzifəsinə təyin edilmişdir. 2006-ci ilin dekabr ayında ikinci dəfə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin üzvü seçilmişdir. 2007-ci ilin fevral ayında Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir. 2008-2016-cı illərdə isə Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 10 mart 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurasının sədri təyin edilmişdi.

Onu da qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışovdur. Prezident İlham Əliyevin tərəfindən bu gün təsdiqlənən yeni nizamnamədən sonra İbrahim Alışovu Palatanın tam səlahiyyətli rəhbərinə çevrilib.

AzPolitika.info


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-10-2018


15-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ