yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

"AG Bank" onun-bunun pulunu xərcləyir - ARAŞDIRMA

4-10-2018, 15:08 134 dəfə baxılıb

“AG Bank”ın son hesabatında məcmu kapitalında adekvatlıq əmsalı və leverec əmsalı normadan artıqdır.
“Kommersant.az”ın sorğusuna cavab olaraq bankdan bildirilib ki, “AG Bank”ın leverec əmsalı normadan 2,38% artıqdır. Bundan başqa bankın birinci dərəcəli kapitalın adekvatlıq əmsalı da normadan 0,7% artıqdır.

Leverec əmsalı şirkətlərin aktivlərində öhdəliklərin, yoxsa kapitalın daha çox olduğunu göstərir. Yəni onun yüksək olması şirkətin aktivlərinin daha çox öhdəliklərdən təşkil olunduğunu, az olması isə daha çox kapitaldan ibarət olduğunu göstərir. “AG Bank”da isə bu əmsal normadan artıqdır. Yəni, bankın aktivləri öhdəliklərdən ibarətdir.

Bankdan verilən məlumatda qeyd olunub ki, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı normadan 0,7% daha çox olaraq 5,7% (norma 5%) təşkil edib. Leverec əmsalı isə normadan 2,38% daha çox olaraq 7,38% (norma 5%) təşkil edib.

Bundan başqa “AG Bank”da məcmu kapitalın adekvatlıq əmsalı 7,42% təşkil edib.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ