yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

“Unibank”ın yeni kredit tələsi

“Unibank”ın yeni kredit tələsi
1-10-2018, 11:14 170 dəfə baxılıb

“Unibank”ın problemli kreditlərin “həlli” üçün seçdiyi üsul müştərilərin ciddi narazılığına səbəb olub. Belə ki, bank kredit ödənişlərində problemi yaranan müştərilərə bir-bir zəng edərək yeni kredit xətti açmağı təklif edir.

Bank əməkdaşlarının təklifləri ilkin variantda cəlbedici görünsə də, əslində birbaşa vətəndaşın əlavə xərcə düşməsinə xidmət edir. “Unibank” əməkdaşları məhkəmə qərarı ilə məcburi ödənişə cəlb olunmuş müştərilərə zəng edərək “adlarının məhkəmədən çıxması üçün” belə təklif irəli sürüldüyünü bildirir və bunu müştərinin adının “qara siyahıdan” çıxmasına xidmət etdiyini iddia edir.

Müştərilərdən birinin “Cümhuriyət” qəzetinə göndərdiyi səsyazısından da bəlli olur ki, o, bankın bu təklifilə razı deyil. Amma “Unibank”ın əməkdaşı hər gün zəng edərək müştərini öz oyunlarına ortaq etmək istəyir. Səs yazısında dialoq belədir:

“Unibank” əməkdaşı:

-Sizi “Unibank”dan narahat edirik. Sizin adınız bankın kampaniyasına düşüb və “Unibank” filialına yaxınlaşıb yeni kredit müqaviləsi imzalamaqla adınızı məhkəmədən çıxara bilərsiniz.

Müştəri:

-Məhkəmə qərarı var və kredit pensiya kartından hər ay tutulur. Əlavə kredit müqaviləsi ilə məbləği niyə artırım ki? Məhkəmə qərar verib, ödəniş də o cür olunacaq.

“Unibank” əməkdaşı:

-Oldu, sağ olun!

Şikayətçi deyir ki, amma “Unibank” əməkdaşı hər gün zəng edərək eyni təklifi təkrarlayır, etirazlara baxmayaraq, təkidlə yeni kredit müqaviləsi imzalatmağa çalışır.

Qeyd edək ki, köhnə kredit müqaviləsi yenilənərkən yeni qaydalara uyğun olaraq qalan məbləğin üzərinə yenidən bankın faiz dərəcəsi gəlir (Hazırda “Unibank”ın faiz dərəcəsi 28-32-dir – müəl.) və komissiya haqqı (1 faiz) tutulur. Bu isə onsuz da problemlə üzləşən vətəndaşa əlavə problem yaradılması anlamına gəlir.

İqtisadçı-alim Fuad İbrahimov da “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, bankın bu addımı vətəndaş- bank münasibətlərində uçurum yaradır:

“Əslində bankların bu addımı vətəndaş və bank arasında uçurum yaradır. Proses yekunda buna gətirib çıxarır. Bu yolla problem həll olunmur, əslində bu cür üsulla problemi daha genişlənir. Dəfələrlə təklif olunub ki, problemli kreditlərin həlli üçün hansı üsullardan istifadə etmək lazımdır. Eyni zamanda həmin üsulların əsas şərti hər bir vətəndaşa differensial qaydada fərdi yanaşmadan irəli gəlir. Ancaq bu yolla hansısa nailiyyət əldə etmək olar. Yoxsa, kreditin üzərinə əlavə faiz gəlmək, təqaüd kartlarında kreditlərin tam şəkildə tutulması və s. bu cür yollarla problemi həll etmək olmaz. Axı vətəndaşın da öz hüquqları var. Ən qatı cinayətkara belə məhkəmədə şərait yaradılır ki, müdafiə olunsun. Bu məsələdə o qədər qarışıqlıq yaradıblar ki, bu vəziyyətdən çıxmaq çətin olacaq. Bu gün adıçəkilən bank özü bazarda qalmaq üçün çabalayır. Hələ bilinmir ki, bazarda qalacaq, ya yox. Banklar daha çox öz xeyirlərinə olan yolla gedir ki, bu da vətəndaş və bank arasında uçurum yaradır, biznes mühitinə ən böyük zərbə vurur”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-10-2018


15-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ