yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Beynəlxalq Bankın səhmləri dəyərindən ucuza satılır

Beynəlxalq Bankın səhmləri dəyərindən ucuza satılır
28-09-2018, 12:33 131 dəfə baxılıb

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycan Beynəlxalq Bankının (ABB) səhmdarı ola biləcəyi xəbəri yeni deyil. Hələ 10 il əvvəl AYİB ABB-nin səhmdarı ola biləcəyini açıqlamışdı. ABB-nin məlum çöküşündən sonra AYİB-in prezidenti Suma Çakrabarti demişdi ki, Azərbaycanın ən böyük bankının yenidən qurulmasına və profilinin dəyişdirilməsinə kömək etməkdən şad olarlar. S.Çakrabarti bildirib ki, eyni zamanda ABB-nin korporativ idarəetməsində islahat aparılarsa, AYİB Azərbaycan bankının səhmdarı olmaq məsələsi barədə düşünə bilər.

Uzun illər bank sektorunda rəhbər vəzifələrdə çalışmış və bankların “mətbəxindən” xəbərdar olan mütəxəssis, iqtisadçı ekspert Əkrəm Həsənov “Yeni Müsavat”a açıqlamasında deyib ki, ABB sistem əhəmiyyətli bankıdır və bankın sağlamlaşdırılması vacibdir: “ABB-nin bağlanması, çökməsi bütövlükdə Azərbaycanın bank sistemini çökdürə bilər. Ümumilikdə xarici investorların, daxili müştərilərin bank sisteminə inamını sarsıda bilər. Dövlət ABB-ni sağlamalaşdırmaq üçün büdcədən milyardlarla pul ayırır, bankın öhdəliklərini üzərinə götürür. Məqsəd Azərbaycan bank sisteminin bütövlükdə xilas edilməsidir. ABB 2017-ci ili formal olaraq 800 milyon manat gəlirlə başa vurub. Bununla belə, ABB-nin səhmləri nominal dəyərindən aşağı satılır. Bunun özü çox pis haldır. Adətən mənfəətlə işləyən istənilən şirkətin səhmləri nominal dəyərindən baha satılır. ABB-nin səhmləri isə ucuz satılır. Yəni səhmin üzərində tutaq ki, 100 manat yazılıbsa, ən yaxşı halda elə 100 manata da satılır. Belə çıxır ki, investorlar ABB-nin hesabatlarına inanmır, şişirdilmiş olduğunu fikirləşir. Ya da investorların ABB-yə dair proqnozları bədbindir deyə səhmlərin alınmasına həvəs göstərmirlər”.

Bank sağlamlaşdırılıbsa, dövlət bankın borc öhdəliklərini üzərinə götürübsə, niyə ABB-yə inamsızlıq yaşanır? Səbəb nədir?

Əkrəm Həsənov deyir ki, baş verənlər ABB rəhbərliyinin işinin öhdəsindən gəlməməsi anlamına gəlir: “Dövlət orada rəhbərliyi dəyişməlidir. Oraya daha savadlı, işini bilən, dürüst insanları təyin edib bankı vəziyyətdən çıxarmaq lazımdır. Dövlətin tutduğu sağlamlaşdırma xətti düzgündür, amma bunun üçün bankda köklü dəyişikliklər olmalıdır, komanda dəyişməlidir. Biz görürük ki, komanda işin öhdəsindən gəlmir. Hətta bu komandanın yol verdiyi kobud qanun pozuntuları ABB-ni xilas etməyib. Biz də vətəndaş kimi tələb edirik ki, bankı bu günə qoyan adamlar da müəyyən olunub cəzalandırılmalıdır. 2 il əvvəl ”AzMeCo" sahibi Piriyevin, İbrahim Nehrəmlinin adlarını eşitdik. Bu adamlar bankdan külli miqdarda pul alıb qaytarmırdılar. Amma sonra bilmədik ki, onlar pulu qaytarıb banka verdilərmi? Bu haqda biz vətəndaşlara məlumat verilməlidir. Çünki ABB-yə dövlət büdcəsindən - yəni biz vətəndaşların cibindən sağlamlaşdırılma üçün 5 milyard manat ayrılıb. ABB-nin öhdəlikləri dövlət büdcəsi hesabına qarşılanır. ABB-dən kredit alıb qaytarmayanlar cəzaya çatdırılmalıdır. Yoxsa digər banklarda da biz oxşar situasiyanı yaşaya bilərik. Adamlar düşünə bilərlər ki, filankəslərə nə etdilər ki, bizə də nə etsinlər?"

Ekspertin sözlərinə görə, ABB-yə dövlət büdcəsindən 2017-ci ildə ayrılan 5 milyard manatın 3 milyard manatı 6 ay ərzində yoxa çıxıb: “Ötən il dövlət ABB-yə 5 milyard manat bağışladı. Bankın borcunu dövlət üzərinə götürdü. 2016-cı ili ABB 1 milyard manat ziyanla başa vurdu. 2017-ci ildə dövlət 5 milyard manatı bağışladı. Adi arifmetikadır - ABB 2017-ci ili 4 milyard mənfəətlə başa vurmalı idi. Əgər 2016-cı ildə ziyan 1 milyard olubsa, mənə 5 milyard bağışlayırlarsa, 4 milyardım mənfəətim gərək olsun. Amma ABB ötən ili 800 milyon manat mənfəətlə bitirdiyini elan edib. 3 milyarddan artıq vəsait hara getdi? ABB-də yenə də 3 milyard manatdan çox itki var! Belə halda investorlar bura pul qoymaq istəməyəcəklər. Düşünəcəklər ki, dövlət 5 milyard qoyub və pulun böyük hissəsi itib. Bu adamlar 6 ay ərzində 3 milyarddan çox pulu yoxa çıxarıblar, pul itib!”

Əkrəm Həsənov deyir ki, ABB-də rəhbərlik dəyişməlidir: “ABB-nin rəhbərliyi işin öhdəsindən gəlmir. Danışanda deyirlər ki, siz bilmirsiz biz hansı problemlərlə üz-üzəyik. Həmin problemlər ictimiləşməlidir. Hamı bilməlidir ki, ölkənin ən böyük bankında nə baş verir, hansı proseslər gedir. Cahangir Hacıyevin də dövründə gizlədirdilər, hazırda da orada nə baş verdiyini gizlətməkdədirlər. Çox təəssüf ki, yeni komanda da işin öhdəsindən gəlimir. 6 ay ərzində 3 milyarddan çox pul hara gedib bilinmir. Bu gedişatla ABB-nin sağlamlaşdırılması mümkün olmayacaq”.
“Yeni Müsavat”


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

15-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ