SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Ekspert: “Mərkəzi Bankın sədri devalvasiyanın olacağın bilmirdirsə, vətəndaş haradan bilməli idi?”

Ekspert: “Mərkəzi Bankın sədri devalvasiyanın olacağın bilmirdirsə, vətəndaş haradan bilməli idi?”

Tarix:

24-09-2018, 16:58

/ 1 548 dəfə oxundu.
Ekspert: “Mərkəzi Bankın sədri devalvasiyanın olacağın bilmirdirsə, vətəndaş haradan bilməli idi?”

Bank üzrə mütəxəssis: “Konstitusiya Məhkəməsinin bu mövqeyi cəfəngdir və heç bir hüquqi əsası da yoxdur”

“Vətəndaşların son ümidləri də puç oldu və borclarını xarici valyutada cari məzənnə ilə qaytarmağa borclu oldular”.

Bu sözləri bank üzrə mütəxəssis, vəkil Əkrəm Həsənov Konstitusiya Məhkəməsinin dollar kreditləri ilə bağlı qərarını PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilib. Konstitusiya Məhkəməsindən verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
Beləliklə verilən qərara görə vətəndaş devalvasiyalardan əvvəl bankdan dollarla götürdüyü krediti devalvasiylaradan sonra da elə dollarla ödəməyə borcludur. Bu qərarın hüquqi və sosial tərəfləri barədə nə demək olar? Doğurdanmı hökümət baş verən iki kəskin devalvasiyaya görə heç bir məsuliyyət daşımır?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı bank üzrə mütəxəssis, vəkil Əkrəm Həsənova müraciət edib.
Əkrəm Həsənov: “Bu qərar daha çox o vətəndaşlar üçün pis olacaq ki, onlar götürdüyü kreditə görə evlərini girov qoyublar”.

Konstitusiya Məhkəməsi öz qərarında devalvasiyanı Mərkəzi Bankın etdiyini və bu da qanunla Mərkəzi Banka verilən hüququn olduğunu, vətəndaş da qanunu bilməli olduğunu qeyd etdiyini vurğulayan bank üzrə mütəxəssis Əkrəm Həsənov əlavə edib ki, əgər Mərkəzi Bankın sədri devalvasiyanın olacağın bilmirdirsə, vətəndaş haradan bilməli idi? Buna görə də Konstitusiya Məhkəməsinin bu mövqeyi cəfəngdir və heç bir hüquqi əsası da yoxdur:

“Konstitusiya Məhkəməsinin dollar kreditləri ilə bağlı qərarı hökümətin məsuliyyəti haqqında deyil. Bu qərar onunla bağlıdır ki, devalvasiya, yəni milli valyutanın kəskin devalvasiyası şəraitin əhəmiyyətli dərəcədə dəyişməsidir, ya yox. Əgər əhəmiyyətli dərəcədə dəyişmədirsə, onda borc alanın ixtiyarı yaranacaqdı ki, krediti aldığı bankdan tələb etsin ki, krediti güzəştli məzənnə ilə qaytarsın. Yəni krediti indiki məzənnə ilə deyil, güzəştli məzənnə ilə ödəsin. Əgər bu şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi deyilsə, onda yox. Yəni bu halda dövlətin burada rolu yoxdur. Burada bankla vətəndaş arasında olan münasibətdən söhbət gedəcəkdi.

Konstitusiya Məhkəməsi də dedi ki, yox bu şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi deyil. Konstitusiya Məhkəməsi bu qərarını çox gülünc formada əsaslandırdı. Qeyd etdi ki, hər borc alan devalvasiyanın olmasını gözləməli idi. Bu da gülməlidir. Çünki 2015-ci ilin fevralın 21-də devalvasiya baş verdi. Bundan iki gün əvvəl Mərkəzi Bankın sədri televizorda çıxış etdi və dedi ki, devalvasiya olmayacaq. İndi Konstitusiya Məhkəməsi öz qərarında deyir ki, devalvasiyanı Mərkəzi Bank edib və bu da qanunla Mərkəzi Banka verilən hüquqdur. Vətəndaş da qanunu bilməli idi. Əgər Mərkəzi Bankın sədri devalvasiyanın olacağın bilmirdirsə, vətəndaş haradan bilməli idi? Buna görə də Konstitusiya Məhkəməsinin bu mövqeyi cəfəngdir və heç bir hüquqi əsası da yoxdur.

Əkrəm Həsənov: “Təəssüf ki, bizim məhkəmələrimiz vətəndaşların özlərini müflis etmək hüququnu tanımır”.

Məsələnin sosial tərəfi də budur ki, təbii bu vətəndaşların vəziyyətini ağrılaşdırır. Bu baxımdan ki, vətəndaşların son ümidləri də puç oldu və borclarını xarici valyutada cari məzənnə ilə qaytarmağa borclu oldular. Bu qərar daha çox o vətəndaşlar üçün pis olacaq ki, onlar götürdüyü kreditə görə evlərini girov qoyublar. Yaxud bu qərar o vətəndaşlar üçün pisdir ki, onların yaxşı əmək haqqı, pensiyası var və s. Çünki həmin əmək haqqları və pensiyalarsan tutulacaq. Amma ümumi əmlakı, gəliri olmayan vətəndaşlara, yəni müflis vətəndaşlara bu qərarın elə də mənfi təsiri olmayacaq. Çünki onlardan o borcu tələb etmək olmaz.

Düzdür bu artıq məcələnin başqa tərəfidir ki, təəssüf ki, bizim məhkəmələrimiz vətəndaşların özlərini müflis etmək hüququnu tanımır. Hansı ki, bu qanunda var. Mən özüm də bununla bağlı bir neçə ay əvvəl Konstitusiya Məhkəməsinə şikayət vermişəm. Hələ ki, Konstitusiya Məhkəməsindən məlumat yoxdur. Vətəndaşların müflis elan olunması tanınandan sonra bu problem həllini tapacaq. Amma vətəndaşlar da hüquqlarının tanınmaları üçün mübarizə aparmalıdırlar. Təəssüf ki, bizim vətəndaşların əksəriyyəti passivdir.
Eyni zamanda bank üzrə mütəxəssis bu qərardan sonra problemli dollar kreditlərin taleyinin necə olacağına, əhalinin bu kreditləri geri qaytarmaq imkanlarının olub-olmayacağı sualımıza da cavab verib. Əkrəm Həsənov əksər vətəndaşların dollarla olan kreditləri qaytarmaq imkanlarının olmadığını qeyd edib:

“Mən hesab edirəm ki, əksər vətəndaşların dollarla olan kreditləri qaytramaq imkanları yoxdur. Bir qisminin imkanı var, amma bu da onlar üçün çətindir. Onlar kreditin keçmiş məzənnə ilə qaytarılmasını ədalətli hesab edirlər. Amma onu da etiraf edim ki, bir qisim vətəndaşlar var ki, onlar dəladuzdur. Yəni onların fikiri ancaq bankları aldatmaqdır. Hərdən banklar mənə deyirlər ki, sən daim bizi tənqid edirsən və vətəndaşlara tövsiyələr verirsən. Bu tövsilərdən dələduzlar da istifadə edirlər.
Təəssüf ki, belədir və mən də bunu bilirəm. Amma mən də banka deyirəm ki, əgər siz ədalətli mövqe nümayiş etdirsəniz və həqiqətən də imkanı olmayan vətəndaşlara ciddi güzəştə getsəniz, o birilərinə güzəştə getməsəniz heç bir problem çıxmayacaq. Yəni dələduzları ayırd etmək lazımdır. Siz bunu etmirsiniz. Bütün borc alanları bir tutursunuz. Buna görə də biz vətəndaşlara tövsiyə verəndə təbii ki, dələduzlar bəlkə də o birilərindən də tez bundan istifadə edir və bu mənim özüm üçün də pis haldır. Məsələn bağlanan banklarda vətəndaşların əmanətləri qalıb çıxara bilmirlər. Çünki həmin banklardan dələduzlar pullar götürüblər paylayıblar, indi də həmin kreditlər geri qayıtmır.

Problem budur ki, bankların verdikləri kreditlər, əmanətlər üzrə də zərər çəkən vicdanlı vətəndaşlardır. Vicdansızlar isə həm orda, həm də burda qazanırlar”.

pia.az

Şərhlər

XƏBƏR LENTİ