SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » “NBC Bank”dan növbəti fırıldaq - QANUN POZUNTULARI

“NBC Bank”dan növbəti fırıldaq - QANUN POZUNTULARI

Tarix:

7-09-2018, 13:03

/ 2 129 dəfə oxundu.
“NBC Bank”dan növbəti fırıldaq - QANUN POZUNTULARI

“NBC Bank” 20 min manatlıq çağırışla 15 min manat kredit verir. Müştərilərini aldadaraq vəd etdiyi 2% komissiyanı 3% olaraq qeydə alır.
“Kommersant.az” xəbər verir ki, sözügedən bank nağd pul kreditinin reklama dair tələbləri (4.2 və 18.0.6 maddələrini) pozub. Qanunvericilikdə qeyd olunub ki, reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalıdır.

Bank nağd pul kreditinin reklamında sözügedən kreditin 20 min manat təşkil etdiyini bildirsə də əslində bu rəqəm 15 min manat təşkil edir. İllik faiz dərəcəsinin 22% təşkil etdiyi kredit üçün komissiya haqqının 2% olduğunu bildirən bank, əslində müştərilərindən 3%-lik komissiya haqqı tutur.

Qeyd edək ki, sözügedən bank sorğumuza cavab verməkdən boyun qaçırıb.

Şərhlər

XƏBƏR LENTİ