SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Rəsmi dövlət qəzeti İnam Kərimovu “vurdu”

Rəsmi dövlət qəzeti İnam Kərimovu “vurdu”

Tarix:

6-09-2018, 14:39

/ 1 923 dəfə oxundu.
Rəsmi dövlət qəzeti İnam Kərimovu “vurdu”

Rəsmi dövlət qəzeti olan “Azərbaycan” qəzeti Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətini kəskin şəkildə tənqid edən məqalə çıxış edib

Həmin məqaləni təqdim edirik:

Uduzan istehsalçı, qazanan işbazdır

Elə etmək lazımdır ki, ilk növbədə istehsalçı və alıcı razı qalsın

Keçmiş SSRİ-də ilk dəfə aqrar islahatlar Azərbaycanda həyata keçirilib. Məqsəd torpağı əsl sahibinə - kəndliyə qaytarıb ona fəaliyyət sərbəstliyi vermək idi. Dünya təcrübəsi göstərir ki, bol məhsul istehsalına nail olmağın yeganə yolu da budur. Sovetlər dönəmindəki inzibati amirlik idarəetmə sistemi isə kəndliyə sərbəstlik vermirdi. Üstəlik, istehsal etdiyi məhsulu “tədarük” adı ilə ucuz qiymətə alıb kəndlini qazanmaq imkanından məhrum edirdi.
Müstəqilliyimizi bərpa etdikdən sonra bu ədalətsizliyi aradan qaldırmaq üçün çox iş görüldü. Qanunvericilik bazası təkmilləşdirildi, kəndliyə maddi və mənəvi dəstək göstərildi, on növ verginin doqquzundan azad olundu. Qeyd edək ki, güzəştli kreditlərin 80 faizi regionlarda fəaliyyət göstərən sahibkarlara verilir. Demək, güzəştli kreditlərdən daha çox fermerlər istifadə edirlər. Dövlət onları torpaq vergisindən savayı bütün növ vergilərdən azad edib, üstəlik, istifadə etdikləri yanacaq, sürtkü yağları, mineral gübrələr üçün dotasiya ödənilir, həmçinin kənd təsərrüfatı texnikası və damazlıq heyvan və toxumları aşağı qiymətə satır. Məqsəd fermerlərə bol məhsul istehsalı üçün imkan yaratmaqla ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsinə nail olmaqdır. Bu gün inamla deyə bilərik ki, ərzaq təhlükəsizliyi sahəsində mühüm işlər görülüb. Bunun nəticəsində son illər bir çox məhsulların istehsalında faizlə deyil, dəfələrlə artım müşahidə edilir. Lakin xoşagəlməz hal odur ki, belə bolluqdan istifadə edən bəzi işbazların məhsulu kəndlidən ucuz qiymətə alıb bazarda baha satmaları haqlı narazılığa səbəb olur.

Şərhlər

XƏBƏR LENTİ