SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » “Bank of Baku” ilin sonuna qədər bağlana bilər - Əlillərə kredit verilmir

“Bank of Baku” ilin sonuna qədər bağlana bilər - Əlillərə kredit verilmir

Tarix:

3-09-2018, 14:58

/ 1 536 dəfə oxundu.
“Bank of Baku” ilin sonuna qədər bağlana bilər - Əlillərə kredit verilmir

Maliyyə problemlərindən əziyyət çəkdiyi üçün ilin sonunadək bağlanma riski böyük olan "Bank of Baku” 1-ci qrup əlillərə nağd pul krediti vermir.

Kommersant.az-a istinadən xəbər veririk ki, 195 manatdan az təqaüd alan təqaüdçülər adı çəkilən bankdan kredit almaq üçün ölkədə fəaliyyət göstərən heç bir bankda öhdəçiliyi (zaminlik və ya kredit) olmamalıdır.

Xatırladaq ki, Mərkəzi Bankın ölkədə fəaliyyət göstərən bankların qarşısına qoyduğu tələbə əsasən, bankların məcmu kapitalı 50 milyon manatdan az olmamalıdır. "Bank of Baku"nun ikinci rübün sonuna olan hesabatına əsasən, bankın məcmu kapitalı 24 milyon 359 min manatdır ki, bu da bankın bağlanma riskini artırır.

Qeyd edək ki, "DəmirBank"ın məcmu kapitalı 25,5 milyon manat təşkil etdiyi üçün lisenziyası ləğv edilmişdi ki, bu da hazırki vəziyyətdə "Bank of Baku”nun məcmu kapitalından hələ 1,2 milyon manat artıqdır.

Şərhlər

XƏBƏR LENTİ