SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » "Bravo" ölkədə inhisarçılığın artmasına xidmət edir, məhəllə marketlərini sıradan çıxarır - NATİQ CƏFƏRLİ

"Bravo" ölkədə inhisarçılığın artmasına xidmət edir, məhəllə marketlərini sıradan çıxarır - NATİQ CƏFƏRLİ

Tarix:

28-08-2018, 06:39

/ 1 775 dəfə oxundu.
"Bravo" ölkədə inhisarçılığın artmasına xidmət edir, məhəllə marketlərini sıradan çıxarır - NATİQ CƏFƏRLİ

"Kiçik sahibkarlara böyük vergi güzəştlər olmalıdır, çünki bu həm onminlərlə iş yeri, həm də orta sinif yaradan amildir"

""Bravo" marketlər şəbəkəsinin mal çeşidi, təmizliyi, xidmət səviyyəsi çox yüksəkdir, amma həmin satış şəbəkəsinin hakimiyyətə, yəni inzibati resurslara arxalanaraq aqressiv şəkildə böyümə konsepsiyası ölkədə inhisarçılığın artmasına və kiçik, məhəllə marketlərinin sıxışdırılaraq sıradan çıxarılmasına xidmət edir". Hurriyyet.org xəbər verir ki, bu fikirlər tanınmış iqtisadçı ekspert Natiq Cəfərliyə məxsusdur.

Ekspert hesab edir ki, "Bravo" marketlər şəbəkəsinin sözügedən şəkildə böyüməsi çox böyük sosial problemlər də yaradır: "Tək Bakı şəhərində 20 minə yaxın kiçik dükan, ailə və məhəllə marketləri fəaliyyət göstərir. Yeri gəlmişkən, cəmi 10 il öncə onların sayı 30 minə yaxın idi. Yəni artıq müxtəlif səbəblərdən kiçik marketlərin sayı azalmağa başlayıb. "Bravo" kimi böyük və güclü şəbəkə mağaza sayının artması kiçik dükanların daha sürətlə bağlanmasına səbəb olacaq.

Ailə və məhəllə marketlərində təqribən, 100 minə yaxın insan çalışır. Böyük supermarketlərin sürətlə və az qala hər məhəllədə açılması kiçik mağazaların sıradan çıxmasına səbəb olacaq (təbii ki, böyük marketlər də iş yeri yaradır, amma say etibarı ilə bu sahədə bağlanan iş yerlərindən qat-qat az yaradır). Çünki hətta qiymət siyasətində belə kiçik mağazalar böyük marketlərlə rəqabət apara bilmir, dövriyyəsi az olduğuna görə malları daha baha satmağa məcbur olur. Yəni, iqtisadi qanunlara görə belə uduzurlar, bunun üzərinə inzibati resursların böyük market şəbəkələinə gətirdiyi üstünlüyü də nəzərə alsaq, məhəllə və ailə marketlərin ayaqda qalması mümkün deyil".

Məhz elə bu səbəbdən də Natiq Cəfərli kiçik sahibkarlara böyük vergi güzəştlərinin edilməsini məqsədəuyğun sayır: "Məncə, kiçik sahibkarlara böyük vergi güzəştlər olmalıdır. Çünki bu həm onminlərlə iş yeri, həm də orta sinif yaradan amildir. Məndən demək, qərarı qalstuklu müəllimlər versin, amma düşünüb versinlər".

Şərhlər

XƏBƏR LENTİ