SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » "Hazırda benzinin qiymətinin qalxması gündəmdə deyil" - Deputat TƏLAŞA SON QOYDU

"Hazırda benzinin qiymətinin qalxması gündəmdə deyil" - Deputat TƏLAŞA SON QOYDU

Tarix:

17-08-2018, 10:39

/ 1 152 dəfə oxundu.
"Hazırda benzinin qiymətinin qalxması gündəmdə deyil" - Deputat TƏLAŞA SON QOYDU

"Tarif Şurasının benzinlə bağlı heç bir qərarı olmadan yalandan ajiotaj yaradıb hay-küy salanlarla bağlı tədbir görülməlidir".
Bu fikirləri “Ölkə.Az”a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasından (YAP) seçilmiş deputat Rauf Əliyev bildirib.

Deputat deyib ki, benzinlə bağlı hər hansı müzakirələr gedə bilər:

"Bu müzakirələr isə kiminsə xoşuna gələ və ya gəlməyə bilər. Bu ayrı məsələdir. Ancaq ortada heç bir fakt, qərar olmadan "benzinin qiyməti qaldırılır" deyə ajiotaj yaratmaq düzgün deyil. Nəinki neft, benzinlə bağlı məsələlər, ümumiyyətlə digər bu kimi məsələlərin heç bir qərar olmadan sosial şəbəkələrdə ajiotaj yaradılması yolverilməzdir. Məsələyə normal və ağıllı düşüncə ilə yanaşmaq lazımdır".

R.Əliyev qeyd edib ki, əgər Azərbaycanda benzinin qiyməti qalxarsa, bununla bağlı Tarif Şurasının müvafiq qərarı olacaq:
"İndi nə Tarif Şurasının qərarı yoxdur, nə də benzin bahalaşmayıb. Bütün bunlar olmaya-olmaya kimlərinsə sosial şəbəkələrdə, müxtəlif internet resurslarında süni ajiotaj yaratması başa düşülən deyil".

Deputat hazırda benzinin qiymətinin qaldırılmasının gündəlikdə belə olmadığını söyləyib:

"Bu məsələ heç gündəlikdə də yoxdur. Benzinin qiymətinin qalxması mənim, sizin istəyi ilə olmur. Bunun üçün Tarif Şurasının müvafiq qərarı olur. Görünür ki, kimlərsə bu cür yalan xəbərləri yaratmaqla Azərbaycanda çaxnaşma, hakimiyyətə və prezidentə qarşı inamasızlıq yaratmaq istəyir. Bu gün Azərbaycanın bir düşməni var, o da işğalçı Ermənistandır. Çünki Ermənistan torpaqlarımızı zəbt edib. Sosial şəbəkələrdə, mediada bütün müzakirələr də məhz bu istiqamətdə getməlidir. Bir daha deyirəm, benzinin qiymətinin qalxacağı ilə bağlı xəbərlər boş-boş söhbətlərdir. Ortada heçnə yoxdur, ancaq yersiz müzakirələr gedir. Hesab edirəm ki, bu cür müzakirələrə qoşulmaq lazım deyil. Sosial şəbəkələrdə Azərbaycanın aktual problemlərini müzakirə etmək lazımdır. Yoxsa ki, benzin qalxacaq və yaxud qalxmayacaq. Bu olmayacaq".

Şərhlər

XƏBƏR LENTİ