SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Elektrikin qiyməti ilə bağlı açıqlama

Elektrikin qiyməti ilə bağlı açıqlama

Tarix:

2-03-2017, 10:05

/ 1 760 dəfə oxundu.
Elektrikin qiyməti ilə bağlı açıqlama

"Azərenerji" ASC 2017-ci ildə elektrik enerjisi tariflərinə yenidən baxmağı nəzərdən keçirmir.

Bu barədə "Standard&Poor`s Global Ratings" (S&P) yaydığı məlumatda deyilir.

"2016-cı ilin dekabrında Azərenerji" ASC tarifləri təxminən 33% artırıb. Bununla dövlət şirkəti SOCAR-dan aldığı qazın qiymətindəki 50%-lik artımı kompensasiya etmiş oldu. Biz bu il tariflərə yenidən baxılacağını gözləmirik", - deyə agentliyin mütəxəssisləri bildirib.

S&P qeyd edib ki, sonuncu tarif artımı Azərenerji" ASC-nin maliyyə nəticələrinə təsir etməyib: "Bizim proqnozlarımıza əsasən, şirkətin əməliyyat fəaliyyəti gəlirli olacaq. Buna baxmayaraq, ümumilikdə şirkət zərərlə fəaliyyət göstərməyə davam edəcək".

Şərhlər

XƏBƏR LENTİ