SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » “Amrah Bank” 8 milyon manat zərərdə

“Amrah Bank” 8 milyon manat zərərdə

Tarix:

17-07-2018, 16:21

/ 1 667 dəfə oxundu.
“Amrah Bank” 8 milyon manat zərərdə

"Amrah Bank” bu ilin birinci yarısı üzrə maliyyə göstəricilərini açıqlayıb

Bank bu ilin I yarısını 8,082 milyon manat xalis zərərlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7dəfə çoxdur.

6 ay ərzində "AmrahBank”ın faiz gəlirləri 3,773 milyon manat, faiz xərcləri 5,614 milyon manat, qeyri-faiz gəlirləri 3,401 milyon manat, qeyri-faiz xərcləri 7,252 milyon manat, xüsusi ehtiyatlara ayırmaları isə 2,389 milyon manat təşkil edib.

Bu il iyulun 1-nə "AmrahBank”ınaktivləri 196,217 milyon manat olub ki, bu da illik müqayisədə 18,6% azdır. Bunun 90,577 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kreditportfeli 14,5% kiçilib.

Hesabat dövründə "AmrahBank”ın öhdəlikləri 14,6% azalaraq161,793 milyon manata düşüb. Bunun 148,429 milyon manatı müştərilərdən alınmış depozitlərdir. Son 1 ildə Bankın depozitportfeli 10,8% böyüyüb.

İl ərzində "AmrahBank”ın balanskapitalı isə 33,2% azalaraq 34,424 milyon manat təşkil edib.

Şərhlər

XƏBƏR LENTİ