SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Beynəlxalq Bank filiallarını bağlayır - Böhran davam edir

Beynəlxalq Bank filiallarını bağlayır - Böhran davam edir

Tarix:

9-06-2018, 13:29

/ 2 657 dəfə oxundu.
Beynəlxalq Bank filiallarını bağlayır - Böhran davam edir

Azərbaycan Beynəlxalq Bankının iki filialı fəaliyyətini dayandırıb.

Missiya.Az-ın əldə etdiyi məlumata görə, fəaliyyətini dayandıran filiallar Gəncə şəhərində yerləşir. Beynəlxalq Bankın Gəncədə fəaliyyət göstərən “Gülüstan” və “Yeni Gəncə” filiallarının fəaliyyətini dayandırmasına səbəb kimi bankda yaranan maliyyə problemləri göstərilir. Məlumata görə, maliyyə çətinliyi üzündən filialların bağlanması problemi davam edəcək.

Filialların bağlanması ilə bağlı ətraflı məlumat almaq üçün Beynəlxalq Bankın mətbuat xidmətinin rəhbəri Yadigar Cəfərli ilə əlaqə saxladıq. Bank rəsmisi bildirdi ki, şənbə günü olduğu üçün dəqiq heçnə deyə bilməyəcək: “Bazar ertəsi günün ikinci yarısı sizin sualınızı dəqiq cavablandıra biləcəyik. Hazırda bununla bağlı heçnə deyə bilməyəcəm”.

Xatıradaq ki, 2015-ci ildən bəri Azərbaycan Beynəlxalq Bankında dəfələrlə qanun pozuntuları aşkar edilib. Bu səbəbdən bankın rəhbərliyi və bəzi əməkdaşları həbs olunub.

Missiya.Az

Şərhlər

XƏBƏR LENTİ