SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Səfər Mehdiyev Aydın Əliyevin adamlarına və biznesinə qarşı... - GƏLİŞMƏ

Səfər Mehdiyev Aydın Əliyevin adamlarına və biznesinə qarşı... - GƏLİŞMƏ

Tarix:

4-06-2018, 13:17

/ 1 955 dəfə oxundu.
Səfər Mehdiyev Aydın Əliyevin adamlarına və biznesinə qarşı... - GƏLİŞMƏ

"Gömrük Komitəsində at izi, it izinə qarışıb. Yeni sədr gələndən islahat adı altında köhnə düşmənlərini zərərsizləşdirməklə məşğuldur". Bunu DİA.AZ-a açıqlamasında gömrük komitəsinin əməkdaşlarından biri deyib.

Adının çəkilməsini istəməyən mənbə iddia edir ki, əslində Səfər Mehdiyevin DGK rəhbəri postuna təyinatı ən az ağkabatanı idi.

Mənbənin söylədikləri: "Çünki bu vaxta qədər medianın əsas hədəflərindən biri olan Səfər Mehdiyev hətta Aydın Əliyevin dövründə DGK-nın əsas adamı kimi xarakterizə olunurdu. Yəni Səfər Mehdiyev Aydın Əliyev gələndən DGK-nın sədri idi, sadəcə olaraq qeyri-rəsmi idi. Bütün nəzarət onun əlində idi. Aydın Əliyevin adamları yalnız az gəlirli yerlərdə mövqe tuturdular ki, Səfər Mehdiyev son günlər onların hamısını işdən uzaqlaşdırmaqla məşğuldur".

"Onun apardığı kadr islahatlarına gəlincə isə, burada şakra şəkildə şəxsi maraqlar önə çıxır" deyən mənbə onu da əlavə edib ki, Səfər Mehdiyev bu yolla "yuxarıların" yalnız narazılığını qazana bilər, etimadını yox.

Onu da qeyd edək mənbə son günlər gömrükdə cərəyan edən ilginc olaylarla bağlı da məlumatlar verib. Bununla əlaqədar daha geniş materialımızı yaxın vaxtlarda təqdim edəcəyik. Bizi izləməkdə davam edin. Qarşı tərəfi də dinləməyə hazırıq...

DİA.AZ

Şərhlər

XƏBƏR LENTİ