SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Kərimovlar erası: KTN şefinin qardaşı ƏƏSMN necə ələ keçirir? - Sensasiya

Kərimovlar erası: KTN şefinin qardaşı ƏƏSMN necə ələ keçirir? - Sensasiya

Tarix:

4-06-2018, 10:01

/ 1 671 dəfə oxundu.
Kərimovlar erası: KTN şefinin qardaşı ƏƏSMN necə ələ keçirir? - Sensasiya

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində aparılan kadr islahatlarının arxasında kim dayanır? - bu sual mediada ciddi mətləbləri ortaya çıxarıb

Media üzərindən xəbərə görə, sosial müdafiə sahəsində təcrübəyə malik nazir müavinləri - İlqar Rəhimov, İdris İsayev və Natiq Məmmədov oyundankənar vəziyyətdə saxlanıblar.

Belə ki, son günlər Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində aparılan kadr islahatlarının arxasında kimin dayandığı məlum olub.

Bu sahəyə yad olan və tamamilə başqa sahədə çalışan yeni nazir Sahil Babayev özünün müavini Mətin Kərimlinin diktəsi ilə bu islahatları həyata keçirməkdədir.

Kənd təsərrüffatı naziri İnam Kərimovun qardaşı olan M.Kərimli keçmiş nazir Səlim Müslümovun vaxtında onunla hesablaşmayan kadrları peşəkar olub-olmamasına baxmayaraq işdən kənarlaşdırmaq üçün müxtəlif yollardan istifadə edir.

Sahil Babayev həm də İnam Kərimovla bir yerdə təhsil alıb və bu münasibət M.Kərimlinin də nazirlikdə aparıcı mövqe qazanmasına gətirib çıxarıb. M.Kərimli artıq nazirlikdə əsas söz sahibinə çevrilib.

İşin mənfi cəhəti odur ki Kərimli özü də sosial müdafiə sahəsinə yad insandır və Müslümovun vaxtında nazir müavini vəzifəsi qazanan bu şəxs kollektivə nüfuz edə bilməyib, özünü hamıdan yuxarı aparması ilə ad çıxarıb.

Məlumatda deyilir ki, 1979-cu ildə anadan olan Kərimli 1999-cu ildə Bakı Dövlət Universitetini beynəlxalq əlaqələr üzrə bakalavr dərəcəsi ilə bitirib.

2000-2001-ci illərdə Strasburq Universitetində (Fransa) Avropa elmləri üzrə fənlərarası diplom, 2001-2002-ci illərdə Avropa elmləri üzrə magistr dərəcəsi alıb.

Media üzərindən xəbərə görə, KTN rəhbəri İ.Kərimov qardaşının yüksək vəzifə tutduğu ƏƏSMN-i də nəzarətinə keçirməkdədir.

Kərimovlar iki nazirliyi ələ keçirərək öz istəklərini gerçəkləşdirməyə çalışırlar. Son dəyişikliklərdən sonra mövqelərini gücləndirən nazir müavini hazırda ƏƏSMN-də bütün proseslərə nəzarət etməkdədir.

Sosial müdafiə sahəsində təcrübəyə malik digər nazir müavinləri İlqar Rəhimov, İdris İsayev və Natiq Məmmədov oyundankənar vəziyyətə salınmaqdadır.

Hazırda nazirliyin aparatında qalıb işləmək istəyən şəxs mütləq nazir İnam Kərimovun qardaşı Mətin Kərimli ilə dil tapmalıdır.

Kərimovların hər iki nazirlikdə fəaliyyətinin müsbət dəyişikliklərə səbəb olub-olmayacağını indidən proqnozlaşdırmaq çətindir.

Hələlik görünən budur ki, onlar nazirliklərdə öz adamlarını gətirir və köhnələri təmizləməklə məşğuldurlar.

Hər halda nazir və nazir müavini olan qardaşlardan gözlənti bundan ibarətdir ki, islahatlar aparılacaq, şəffaflıq təmin olunacaq, sosial müdafiə və aqrar sektorlarda illərin dərin problemləri həllini tapacaq.

Mediada gedən yazılara görə, yeni nazir, ehtiyatda olan zabit rütbəsi daşıyan Sahil Babayev soyuqqanlı hərbçi zabitəsi ilə sələfinin “küllükdən çıxarıb” var-dövlət sahibi etdiyi kadrlarının yuxularını ərşə çəkib.

O, daxildə hansı addımı atacağını kiməsə büruzə vermir, sanki heç nə olmamış kimi elə davranır ki, bu da istər-istəməz tufanqabağı fırtınanı xatırladır. Lakin diqqətlə analiz etdikdə, artıq “şimal küləyi”nin əsdiyi aydın görünür…

Elə bu da Səlim Müslümovun komandasının əsas üzvlərini, əsasən, nazir müavini İdris İsayev, aparat rəhbəri Əjdər Cəbiyev, müfəttişlik xidmətinin rəisi, kürəkənləri Fuad Əlizadə, nazirliyin bütün maliyyə əməliyyatlarının aparıldığı İqtisadiyyat şöbəsinin müdiri, Səlim Müslümovu hətta bir çox xarici səfərlərdə belə müşaiyət edən Şəlalə Cəfərova və həmçinin mətbuat xidmətinin rəhbəri Elman Babayev başda olmaqla, aparat işçilərinin çoxunu böyük təşvişə salıb.

Fia.Az

Şərhlər

XƏBƏR LENTİ