yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Elman Rüstəmovla "Bank Respublika"nın adı QALMAQALDA - 700 milyonluq kredit işi...

Elman Rüstəmovla
30-05-2018, 14:07 671 dəfə baxılıb

Bir müddət əvvəl yerli mediada Elman Rüstəmovun girovsuz kredit götürdüyü barədə iddialar yer almışdı. Mətbuat yazdı ki, Mərkəzi Bankın rəhbəri birinci devalvasiyadan bir neçə həftə əvvəl Gürcüstanın inşaat sektoruna 700 milyon manat vəsait qoyub və bu vəsaiti Bank Respublikadan, Beynəlxalq bankdan və digər banklardan götürüb. Hazırda Beynəlxalq Bankın Gürcüstandakı filialı fəaliyyətini dayandırıb. Lakin Bank Respublikanın beynəlxalq əlaqələri mövcuddur və rəsmi informasiyalar da göstərir ki, bankın filalları atrır. Bankın baş ofisi də daxil olmaqla Bakıda 11 filalı var. Regionlarda isə bu bankın 14 filalı fəaliyyət göstərir.

Gundeminfo.az-a daxil olan informasiyaya əsasən bankın əsasən regional filallarında Elman Rüstəmovla bağlı yayılan informasiyalardan sonra kredit verilişi dayandırılıb.

Baş Bankirlə bağlı xəbərlər yayıldıqdan sonra bir sıra detallar da üzə çıxdı. İddialarda deyilirdi ki, Elman Rüstəmov birbaşa öz adı ilə bu əməliyyatı həyata keçirməyib.

Yaxın adamlar vasitəsi ilə bu pullar əldə edilib. Bu sistem Azərbaycanda çox populyardır. Əgər məlumat həqiqəti əks etdirirsə, məhz bu sistemlə həyata keçirilib.

Bundan əlavə, Beynəlxalq bankla bağlı baş verən problemlər onu göstərdi ki, təqribən ölkə daxilindən 10 milyard vəsait kredit müqavilələri ilə müxtəlif şəxslərə və şirkətlərə verilib və bunun geri qayıtması mümkün olmadı. Dövlət təqribən 10 milyarda yaxın krediti Beynəlxalq bankdan silib. Vəsaitin geri qayıtması mümkün deyil. Təbii ki, devalvasiyalardan öncə böyük məbləğlərdə kredit müqavilələrinin bağlanması və girov qoyulmadan bu tipli kredit müqavilələri vasitəsi ilə milyardlarla vəsaitin kredit şəklində götürülməsi və bunun bir hissəsinin ölkədən çıxarılması, devalvasiya zamanı da ölkədəki bank sektorunun çöküşünə ciddi təsir göstərdi.

Gundeminfo.az-a daxil olan məlumata əsasən Bank Respublikadan girovsuz olaraq kredit götürən hər kəslə bağlı rəsmi qurumlar araşdırmalar aparır. Bu bankdan da analoji olaraq Beynəlxalq Bankda olduğu kimi kreditlərin yağmalanması ehtimalları doğrularsa o zaman bankın rəhbərliyi və Elman Rüstəmovu böyük suallar gözləyir. Mövzu ilə bağlı detallı araşdırmalar aparacağıq. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-06-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ