SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Mikayıl Cabbarov sahibkarların belindəki vergi yükünü azaltmır - Araşdırma

Mikayıl Cabbarov sahibkarların belindəki vergi yükünü azaltmır - Araşdırma

Tarix:

17-05-2018, 10:03

/ 1 264 dəfə oxundu.
Mikayıl Cabbarov sahibkarların belindəki vergi yükünü azaltmır - Araşdırma

Vergilər naziri Mikayıl Cabbarov daha bir kadr dəyişikliyi edib

İndiyədək mədəniyyət nazirinin müavini vəzifəsində işləyən Nazim Səmədov Vergilər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə aparılıb.

N.Səmədova qədər bu vəzifəni Nigar Alimova tutub. Vəzifəsindən azad olunan N.Alimova yeni yaradılan Katiblik departamentinə təyinat alıb.

Vergilər naziri Mikayıl Cabbarov vəzifəyə gəldikdən sonra kadr dəyişiklikləri etməkdədir.

Nazir yalnız təmizləmlər aparır və öz adamlarını yerləşdirir. Faktiki olaraq, vergi sektorunda hər hansı irəliləyiş yoxdur.

Son illər vergi dərəcələrinin optimallaşdırılması və daha dəqiqi aşağı salınması dəfələrlə gündəmə gətirilsə də təəssüf ki, vergi dərəcələrinin aşağı salınması müşahidə edilməyib.

Aydındır ki, vergi yükünün azaldılması və eləcə də vergi dərəcələrinin optimallaşdırılması sahibkarlığın inkişafı baxımdan çox vacibdir.

Vergi sistemində nələrin edilməsinə ehtiyac var? Əvvəlla, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün sadələşdirilmiş vergi dövriyyəsinin artırılmasına ehtiyac var.

2015-ci ildən bəri manatın dollar qarşısında 2 dəfə ucuzlaşmasına baxmayaraq sahibkarlar üçün sadələşdirilmiş dövriyyənin məbləği dəyişdirilməyib.

Bu baxımdan, sadələşdirilmiş vergi dövriyyəsinin 200 min manatdan 400 min manatadək artırılması və buna uyğun olaraq müəssisələrin təsnifatının dəyişdirilməsi vacibdir.

İkincisi, vəsaitin nağdılaşdırılması zaman tətbiq edilən 1 faizlik verginin ləğv edilməsinə ehtiyac var.

Bu “qəribə vergi” xalis mənfəətdən ayırmadir ki, bu da həm vergi fəlsəfəsinə, həm də mövcud qanunvericiliyə ziddir.

Sahibkar bütün vergiləri ödədikdən sonra yenidən vergi öhdəliyinə məcbur edilə bilməz. Nə qədər qəribə olsa da vəsait nağdlaşdırılan zaman həm bank faizi tutulur, həm də sözügedən vergi tətbiq edilir.

Əlavə dəyər vergisinin differensial tətbiqinin həyata keçirilməsinə ehtiyac var.

Mövcud qanunvericiliyə əsasən, elm ilə məşğul olan da, ticarətdə işləyən də eyni dərəcdə 18 faiz vergi ödəyir.

Halbuki, sektorlardan asılı olaraq vergi dərəcələrinin fərqləndirilməsinə ehtiyac var. Prioritet sektorlarda daha aşağı dərəcəli ƏDV-nin tətbiq edilməsi lazımdır.

Dördüncüsü, mənfəət vergisi daxil olmaqla digər vergi dərəcələrinin azaldılması çox vacibdir. Xüsusən də, fiziki şəxslərin gəlir vergisinin də azaldılması vacibdir.

Məsələn, bu gülərdə gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimova məxsus Bakı şəhər Halqası Əməliyyat Şirkəti məhkəməyə müraciət edərək Vergilər Nazirliyinə qarşı iddia qaldırmışdı.

Cavab kimi nazirliyin Bakı şəhəri Lokal Gəlirlər Departamenti və Bakı şəhəri Milli Gəlirlər Departamenti tanınıb. Şirkət nazirliyin vergi yoxlamaları ilə bağlı “müəyyən hərəkətləri etməkdən çəkinmə”sini tələb edib.

İlk olaraq nazir oğlunun şikayətinə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində baxılıb. A.Rəhimovun şirkətinin şikayəti qismən təmin edilib.

Şirkətin vergi yoxlamaları ilə bağlı “müəyyən hərəkətləri etməkdən çəkinmə”sini irəli sürməsi belə ehtimal yaradır ki, “müəyyən hərəkət” rüşvət tələbləri olub.

Formula-1 yarışlarının təşkilatçısı olan nazir oğlunun firması ilə Vergilər Nazirliyinin yola getməməsi də məhz qeyri-rəsmi ödənişlər tələb edilməsi ilə əlaqəli ola bilər.

Mikayıl Cabbarovun vergilər naziri təyiin olunmasından sonra bu sahədə şəffaflığın təmin olunacağı, vergi müfəttişlərinin iş adamlarından əlavə tələblər irəli sürməyəcəyi gözləntisi vardı.

Ancaq görünən budur ki, M.Cabbarov nazir oğlu olub-olmadığına baxmadan Fazil Məmmədovun dövründən qalan metodları hər bir iş adamına qarşı yürüdür.

Çünki Arif Rəhimovun məhkəmədə “müəyyən hərəkətləri etməkdən çəkinmə” tələbi qaldırmasının başqa izahı yoxdur.

Fia.Az

Şərhlər

XƏBƏR LENTİ