yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Növbəti hədəf Elman Rüstəmovdur? - "Bank sistemi demək olar ki, çöküb"

Növbəti hədəf Elman Rüstəmovdur? -
22-04-2018, 12:50 438 dəfə baxılıb

Prezident seçkilərindən sonra ictimaiyyətdə ən çox müzakirə olunan məsələ yeni komandanın formalaşması və hansı məmurların gedəcəyidir.

Baş nazirin təyin edilməsi, vitse prezidentik institutu, qanunvericilkdəki boşluqlar və digər məsələləri politoloq Elşən Manafov Yenicag.az-a şərh edib:

“Hökümətin tərkibi dəyişdiriləcək. Bu zaman, ictimai rəydə formalaşan fikirlər nəzərə alınacaq. Yeni nazirlərin təyinatlarında siyasi mənsubluqla bağlı amillərlə yanaşı daha çox, texnokrat olması nəzərə alınacaq. Hazırda ölkədə siyasi, iqtisadi, sosial islahatların aparılmasına ehtiyac var. İndiki hökümətin tərkibində yaşı keçmiş nazirlər çoxluq təşkil edir. Baxmayaraq ki, Ramil Usubov 1994-cü ildən daxili işlər naziridir, hər halda sabitliyin təmin olunması, ictimai asayışın qorunmasında Azərbacan polisinin işi təqdirə layiqdir. Hərçənd ki, digər güc nazirliklərində fərqli vəziyyəti gördük. Eldar Mahmudovun komandasının törətdiyi cinayətlər buna bir sübutdur. Prezidentin and içmə mərasimi zamanı səsləndirdiyi fikirlər göstərir ki, hökümətin tərkibində çox ciddi kadr islahatı aparılacaq”.

Azərbaycanda bank sisteminin çökdüyünü qeyd edən politloq bildirib ki, Mərkəzi Bank sədrinin açıqlamaları indi də ictimaiyyətin yaddaşınddır:

“Elman Rüstəmovun manatın taleyi ilə bağlı müsbət açıqlama verməsindən sonra, devalivasiya oldu. Bank sistemi demək olar ki, çöküb. Bunun üçün atılan addımlar isə heç bir nəticə vermir”.

Elmar Məmədyarovun da vəzifədən uzaqlaşdırıla biləcəyini deyən politoloq qeyd edib ki, bu barədə deputatlar fikirlər səsləndirib:

“Elmar Məmmədyarov tutduğu vəzifədən azad edilə bilər. Son vaxtlar Dağlıq Qarabağ ətrafında danışıqların dalana dirənməsi göstərir ki, Azərbaycan diplomatiyasına rəhbərlik edə biləcək, mövcud qlobal gerçəklikləri daha fərqli müstəvi üzərində həyata keçirə biləcək yeni nazirin təyinatına ehtyac var”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

18-10-2018


17-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ