SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » “Dəmirbank”dan oğurlanan 3 milyon terrorçuların əlinə keçib? - Şok ehtimal

“Dəmirbank”dan oğurlanan 3 milyon terrorçuların əlinə keçib? - Şok ehtimal

Tarix:

21-02-2017, 13:39

/ 1 367 dəfə oxundu.
“Dəmirbank”dan oğurlanan 3 milyon terrorçuların əlinə keçib? - Şok ehtimal

Bu günlərdə “Dəmirbank”dan 3 milyon dollar oğurlanması barədə xəbər yayıldı. Xəbərdə bildirilirdi ki, bank hesabları araşdırarkən külli miqdarda vəsaitin müəmmalı şəkildə silindiyi aşkarlanıb.

Pulların Azərbaycanda qarışıqlıq yaratmaq istəyən terror təşkilatlarının, İŞİD və digərlərinin əlinə keçə biləcəyini ehtimal edirik. “Sirr deyil ki, din pərdəsi altında fəaliyyət göstərən terrorçu təşkilatlar digər sektorlara öz adamlarını yerləşdirdiyi kimi, bank sektorunda da onlarla əlaqələri olan şəxslərin mövcudluğu istisna edilmir. Və ya bank sektorunda çalışanları din adı altında təsir altına salıb, öz sıralarına cəlb edə, onların vasitəsilə öz çirkin əməllərini həyata keçirə bilirlər.

“Dəmirbank”dan yoxa çıxan 3 milyon məsələsi diqqəti bu məsələyə çəkməyə bilmir. Azərbaycanın tanınan banklarından biri olan bu bankda pulların yoxa çıxmasının arxasında yuxarıda bəhs etdiyimiz məsələ dayana bilərmi?”.

“Biz iddia etmirik ki, pulları bankdan terror təşkilatları oğurlayıb, bankda terrorçuluğa dəstək verənlər var” yazan qəzet sadəcə bunun mümkün ola biləcəyini qeyd edir.

Qəzetə danışan və adının gizli qalmasını istəyən ekspertlərdən biri mövzunu belə şərh edib: “Yoxa çıxan 3 milyonla bağlı bankın ictimaiyyətə tutarlı açıqlama verməməsi şübhələri bir qədər artırır. Bank hadisəni olmamış kimi təqdim edir. Amma mətbuatda bunca ciddi xəbərin əsası olmadan yayılması da inandırıcı görünmür. İnsanlarda bu əməlin arxasında hakerlərdən çox terror təşkilatlarının dayandığı fikri formalaşır. Yaxşı olardı ki, ayrı-ayrı qurumlar bu məsələ ilə bağlı müfəssəl açıqlama versinlər”.

Şərhlər

XƏBƏR LENTİ