SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat »  “TuranBank” 3 ildir ki, ziyandan çıxa bilmir – Bankın taleyi necə olacaq?

 “TuranBank” 3 ildir ki, ziyandan çıxa bilmir – Bankın taleyi necə olacaq?

Tarix:

1-03-2018, 16:33

/ 1 237 dəfə oxundu.
 “TuranBank” 3 ildir ki, ziyandan çıxa bilmir – Bankın taleyi necə olacaq?

"TuranBank” 2017-ci ili 725 min manat zərər ilə başa vurub.

AZXEBER.COM bankın maliyyə hesabatlarına istinadən kiçik araşdırma aparıb. Araşdırmaya görə, ötən il bankın faiz gəlirləri 29 milyon 479 min manat, qeyri-faiz gəlirləri isə 4 milyon 160 min manat təşkil edib.

Bu isə bankın ötən ili ziyanla başa vurmasından xəbər verir.

3 il ziyanla işləyən bankın taleyi necə olacaq?

Araşdırmaya görə "TuranBank”ın artıq 3 ildir ki, ili zərərlə başa vurur. Belə ki, hesabatlara görə bank 2016-cı ili 1 milyon 398 min manat, 2015-cı ili isə 1 milyon 132 min manat zərərlə başa vurmuşdu.

2016-cı illə müqayisədə 2017-ci ildə gəlirlərdə azalma olduğu halda zərərin də azalması, Bankın 2016-cı illə müqayisədə ehtiyatlara daha az vəsait ayırması ilə bağlıdır. 2016-cı ildə ehtiyatlara 4 milyon 25 min manat ayırmış bank, 2017-ci ildə 1 milyon 148 min manat ayırıb.

Bankın müştərilərinə verdiyi kreditlərin həcmi də azalıb. Belə ki, bu il yanvarın 1-nə "Turan Bank”ın cəmi aktivləri 477 milyon 316 min manat təşkil edib. Bu da 2016-cı il ilə müqayisədə 9,6% azdır. Aktivlərin 266 milyon 771 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. 2017-ci ildə Bankın kredit portfeli 5,6% kiçilib.

Bundan əlavə, Bankın cəmi balans kapitalı 2016-cı ildəki 59 milyon 235 min manatdan 58 milyon 970 min manata geriləyib. Bankın məcmu kapitalı isə 69 milyon 363 min manatdan 68 milyon 623 min manata düşüb.

Təbii ki, bütün bu göstəricilər banka depozit qoyulmalarına da ciddi təsir edib. Bank son olaraq "Depozit yerləşdir, lotereyada iştirak et” kampaniyası ilə depozit qoyuluşlarını stimullaşdırmağa çalışıb. Ancaq bu cəhdlərin nəticə verib-verməyəcəyini hesabatlarda görmək mümkün olacaq.

Xatırladaq ki, "Turanbank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 55 003 470 manatdır. Bankın səhmlərinin 28,4%-i 6 hüquqi şəxsə, 71,6%-i isə 21 fiziki şəxsə məxsusdur.

Şərhlər

XƏBƏR LENTİ