SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » “Bu yol vaxtı iki dəfə azaldır” - İlham Əliyev

“Bu yol vaxtı iki dəfə azaldır” - İlham Əliyev

Tarix:

15-02-2018, 21:25

/ 1 098 dəfə oxundu.
“Bu yol vaxtı iki dəfə azaldır” - İlham Əliyev

“Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi Azərbaycanın strateji məqsədlərindən biridir.

Bu sözləri prezident İlham Əliyev bu gün Bakıda keçirilən “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasında çıxışı zamanı deyib:

“Layihənin icrası enerji ehtiyatlarının istifadəsinə, insan kapitalına və infrastrukturun yaradılmasına uzunmüddətli töhfə verəcək.

“Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı işlər artıq həlledici mərhələyə daxil olub. 2017-ci il layihənin həyata keçirilməsində mühüm il olub. Bu layihə iqtisadi inkişafa, regional əməkdaşlığa töhfə verib. Enerji ehtiyatlarının daşınması ilə bağlı layihələrə də güclü dəstək verir.

Bu baxımdan ötən il istifadəyə verilən Bakı-Tbilisi-Qars yeni dəmiryolu xətti əhəmiyyətlidir. Bu xətt Avropa və Asiya arasında ən qısa marşrutdur, yüklərin daşınması üçün sərf edilən vaxtı iki dəfə azaldır”.

Şərhlər

XƏBƏR LENTİ