yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Ziya Məmmədovun şirkəti də belə getdi... - Proses başladı

Ziya Məmmədovun şirkəti də belə getdi... - Proses başladı
14-02-2018, 09:48 115 dəfə baxılıb

Bu ilin aprelin 7-də saat 16:00-da Göyçay şəhəri, Natəvan küçəsi 120 nömrəli ünvanda Teymur Əhmədov adına “AzNar” QSC-nin inzibati binasında ləğv prosesində olan “Az-Nar” QSC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, növbədənkənar ümumi yığıncaqda ləğv prosesində olan “Az-Nar”ın aralıq balansı, əmlakı, QSC-nin ləğv edilməsi ilə bağlı qanuna müvafiq tədbirlərin həyata keçirilməsi məsələsi müzakirə ediləcək.

Cəmiyyətin bütün səhmdarları növbədənkənar ümumi yığıncağın çağırılmasına 15 gün qalmış gündəliyə daxil edilmiş bütün məsələlər üzrə müvafiq materiallarla Teymur Əhmədov adına “AZNAR” QSC-nin inzibati binasında tanış ola bilərlər.

Bundan başqa, həmin gün Teymur Əhmədov adına “AzNar” QSC səhmdarlarının növbəti ümumi yığıncağı da keçiriləcək. Ümumi yığıncaqda “AzNar”ın 2017-ci il üçün illik (maliyyə) hesabatları, QSC-nin nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi, direktorlar şurası, icra orqanı barədə məsələlər müzakirə olunacaq. Səhmdarlar ümumi yığıncağın çağırılmasına 30 gün qalmış gündəliyin layihəsinə dair təkliflər vermək və ümumi yığıncağa 15 gün qalmış gündəliyə daxil edilmiş bütün məsələlər üzrə müvafiq sənədlərlə tanış ola bilərlər.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: shirketi, getdi, Ziya, Proses, , bashladi, de, Memmedovun, bele
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ