SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » İntim videosu yayılan şagird sabiq nazirin nəvəsi imiş

İntim videosu yayılan şagird sabiq nazirin nəvəsi imiş

Tarix:

10-02-2018, 21:25

/ 2 591 dəfə oxundu.
İntim videosu yayılan şagird sabiq nazirin nəvəsi imiş

Xəbər verdiyimiz kimi, Bakı şəhərindəki 132-134 saylı Təhsil Kompleksində 11-ci sinifdə oxuyan R. C 2017-ci il dekabr ayının 10-da onunla eyni məktəbin 7-ci sinfində oxuyan qızla idman zalının soyunub-geyinmə otağında cinsi əlaqədə olub və bunu telefona çəkərək sosial şəbəkələrdə yayıb. xalqxeber.az-ın "Virtualaz.org”a istinadən verdiyi məlumata görə, 7-ci sinif şagirdinə qarşı seksual xarakterli zorakılıq hərəkətləri edən 11-ci sinif şagirdi Azərbaycanın sabiq müdafiə naziri Dadaş Rzayevin nəvəsidir. Qeyd edək ki, baş vermiş hadisə ilə bağlı aidiyyatlı orqanlara şikayət daxil olub və Bakı şəhər prokurorluğunda cinayət məcəlləsinin 150-ci (Seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb. Səbayıl rayon məhkəməsinin qərarı ilə R.C barəsində həbs qətimkan tədbiri seçilib.

Şərhlər

XƏBƏR LENTİ