yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

"Qarabağ Taxıl" toxum satışına başladığını elan edib

9-02-2018, 13:22 198 dəfə baxılıb

"Qarabağ Taxıl" toxum satışına başladığını elan edib

“Səba" şirkətinin taxılçılıq müəssisəsi "Qarabağ Taxıl” yeni əkin mövsümü üçün toxum satışına başladığını elan edib. Müəssisə bu il fermerlərin ixtiyarına aqronom məsləhəti qaynar xətti də verdiyini bildirib.

"Qarabağ Taxıl” dünyanın məşhur toxum istehsalçısı DuPont şirkətinin Pioneer brendinin qarğıdalı toxumlarının Azərbaycanda eksklüziv distribüteridir. Müəssisə bu brendin GMO-dan azad, Avropa istehsallı toxumlarını öz əkinlərində istifadə etməklə yanaşı, fermerlərə də təklif edir.

"Qarabağ Taxıl” bu il fermerlərə təklif etdiyi toxum çeşidində yeniliklərli olduğunu bəyan edib. İlk dəfə olaraq, ölkəmizdə Türkiyənin məşhur MAY toxumçuluq şirkətinin soya toxumları təqdim olunmağa başlayıb. Bu məşhur brendin toxumlarını öz sahələrində sınaqdan çıxarıb, əkin sahələrində istifadə edən "Qarabağ Taxıl” "MAY-Agro Tohumculuk Sanayi Ve Ticaret" şirkəti ilə bağladığı müqaviləyə əsasən, şirkətin soya toxumlarını fermerlərə də təqdim edir. MAY Toxum-un xəstəlik və zərərvericilərə dözümlü, GMO-dan azad soya toxumları yüksək məhsuldarlıq qabiliyyətinə malikdir.

Səba-nın toxumçuluq müəssisəsi olan "Qarabağ Toxum"-un Azərbaycanın ərzaq təhlükəsizliyinin təmini məqsədilə və fermerlərin yerli taxıl sortlarına tələbatını nəzərə alaraq istehsal etdiyi buğda toxumlarını da müəssisədən əldə etmək olar.

“Səba”-dan toxum alan fermerlər eyni zamanda bitkilərə aqrokimyəvi qulluq barədə məsləhətlər əldə etmiş olacaqlar. Məqsəd müəssisənin təklif etdiyi toxumların yüksək məhsuldarlıq qabiliyyətini hər bir fermerin sahəsində nümayiş etdirmək və fermerlərin məlumatlılığını artırmaqdır.

“Səba”-dan toxum almaq istəyənlər satış üçün +994502718200, aqronom məsləhəti üçün +994502718286 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.
Orucova Aynur
PR Manager
+9994554570203
[email protected]


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: satishina, bashladigini, toxum, Qarabag, R, Taxil, elan, edib
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-02-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ