SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » "Xəzər İnşaat XXI əsr" MTK sakinlərlə bağladığı müqavilə şərtlərini pozur

"Xəzər İnşaat XXI əsr" MTK sakinlərlə bağladığı müqavilə şərtlərini pozur

Tarix:

5-02-2018, 09:55

/ 1 962 dəfə oxundu.
"Xəzər İnşaat XXI əsr" MTK sakinlərlə bağladığı müqavilə şərtlərini pozur

Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi "D" massivində yerləşən 4-ü 12 mərtəbəli, 3-ü isə 7 mərtəbəli olan bina sakinləri "Xəzər İnşaat XXI əsr" MTK-nın etdiyi özbaşınalıqlardan narazıdır.
Belə ki, redaksiyamıza müraciət edən Xəlilova İlkanə Səlvər qızı şirkətin ev sahibləri ilə bağladığı müqavilənin şərtlərini pozduğunu və onunla yanaşı digər sakinlərin bununla bağlı aidiyyatı qurumlara müraciət edərək ödədikləri məbləği geri tələb etdiklərini bildirib:
"Mən bu evi 2016-cı ildə 20 illik ipoteka ilə almışam. İlkin ödəniş kimi 10.800 (On min səkkiz yüz) manat pul ödəmişəm. Şirkətlə bağladığımız müqavilədə bəzi şərtlərlə yanaşı evlərin isti su ilə təmin olunacağı öz əksini tapıb. Lakin evi alandan bir neçə ay sonra qiymət artımı oldu, aylığı 47 manat etdilər, sonra da 2017-ci ildə evin bütün istilik sistemini və isti suyu kəsdilər. Bununla yanaşı hər ay bütün mənzillərdən 18 manat kommunal alırlar amma zibilləri özümüz atırıq.
Hər ay 764 manat kredit verirəm, üstəgəl istilik sistemi kəsiləndən sonra 2 min manat kombiyə xərcim çıxdı. Şirkət özü bizə "Ece" firmasına məxsus kombilər gətirib 750 manat satırdı lakin mən ondan almadım. Çünki onlar yaxşı işləmirlər, evimdə azyaşlı uşağım var, o kombilərlə uşağım soyuqdan donacaqdı. Ancaq qaz təzyiqli olanda işləyir həmin kombilər, təzyiq olmayanda yox. Ona görə də əlavə 2 min manat pul xərclədim, kreditlə başqa şirkətdən kombi aldım. 107 manat da kombiyə pul ödəyirəm hər ay. İndi də bizim istilik sistemimizi kəsərək müqavilənin şərtlərini pozduğuna görə şirkətdən ödədiyimiz məbləği geri tələb edirik. Şikayət üçün MTK-nın rəhbəri Fikrət Məmmədovun yanına getmək istəyirik bizi mühafizəçilər içəri buraxmırlar. Nazirlərin qəbuluna düşə bilirik amma Fikrət müəllimin qəbuluna düşmək mümkün deyil. Yanına gedəndə deyirlər ki, bu gün əsəbidi, bu gün beyni çönüb heç kimi qəbul eləmir. Mən də dedim onun qəbuluna girim sözümü deyim, sonra digər orqanlara müraciət edim ki, sonra deməsin ki, niyə mənə deməmisiniz. Ordan da mənə dedilər ki, get hara müraciət edirsən et.
Mən tək qadınam, imkanım çatmır bu qədər pulu ödəməyə, bizim ödədiyimiz pulları geri qaytarmalıdırlar. Bina sakinləri yığışıb hamımız prokurorluğa ərizə ilə müraciət edəcəyik ki, bu məsələ araşdırılsın".
Bununla bağlı danışan Əsabəli Mustafayev qeyd edib ki, MTK-nın fəaliyyəti və MMC-nin fəaliyyəti araşdırılmalacaq və əgər iddialar öz təsdiqini taparsa sakinlərə dəyən ziyan şirkət, yaxud MTK tərəfindən qarşılanmalıdır:
"MTK-da məhz sakinlər tərəfindən təşkil edib. Bu halda bina sakinləri toplaşaraq iclas keçirdə bilər və "Xəzər İnşaat XXI əsr" MTK-nın sədrinin səlahiyyətlərini əlindən alaraq digər bir şəxsi təyin edə bilərlər. Daha sonra isə həmin sədrdən (Fikrət Məmmədov) möhürü və digər rəsmi sənədləri yeni təyin olunan şəxsə təhvil versin. Vermədiyi halda Daxili İşlər Nazirliyinə müraciət edərək həmin şəxsdən vəzifə postunu qanunsuz zəbt etdiyinə görə cəzalandıra bilərlər və həmin sənədləri və möhürü ondan ala bilərlər.
Eyni zamanda binanın qazanxanasının ləğv edilmləsi məsələsi də araşdırılmalıdır. Əgər sakinlərlə MTK arasında bağlanan müqavilədə fors major hallar öz əksini tapıbsa o zaman məsələ başqa cür qoyulmalıdır. Hər bir halda araşdırılmalıdır. MTK əgər qazanxananın fəaliyyətini özü dayandırıbsa o zaman məsuliyyət MTK-nın üzərində qalacaq. Yox əgər qazanxananın fəaliyyəti normativlərə uyğun deyilsə və bu FHN tərəfindən bağlanılırsa o zaman şərtlər də başqa cür olacaqdır. Araşdırma zamanı qazanxananın tikintisində standartlara əməl olunmayıbsa MMC, əməl olunubsa və qazanxananın fəaliyyəti MTK-nın səhlənkarlığı ucbatından dayandırılıbsa isə yenə də MTK məsuliyyət daşyacaqdır.
Hər bir hala sakinlər öz hüquqlarını bilməlidirlər. İlk növbədə sakinlər birləşməli və MTK-nın fəaliyyətini bərpa etməlidirlər, sonra isə qazanxananın fəaliyyətinin hansı səbəbdən dayandırılması araşdırılmalı daha sonra isə iddia qaldırılmalıdır. Qaldırılan iddialarda MTK-nın və "Kristal Abşeron"-un adı da qeyd edilməlidir. Çünki ola bilər ki, "Kristal Abşeron" qazanxananın inşaası zamanı standartları pozub və buna görə də onlar məsuliyyətə cəlb edilə bilər.
İddia əsasında MTK-nın fəaliyyəti və MMC-nin fəaliyyəti araşdırılmalacaq və əgər iddialar öz təsdiqini taparsa sakinlərə dəyən ziyan şirkət, yaxud MTK tərəfindən qarşılanmalıdır".

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

big.az

Şərhlər

XƏBƏR LENTİ