SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » “Bank of Baku”da geri sayım davam edir: Milyonluq ziyan, geri çəkilən depozitlər..

“Bank of Baku”da geri sayım davam edir: Milyonluq ziyan, geri çəkilən depozitlər..

Tarix:

1-02-2018, 10:15

/ 1 390 dəfə oxundu.
“Bank of Baku”da geri sayım davam edir: Milyonluq ziyan, geri çəkilən depozitlər..

“Bank of Baku” 2017-ci ili böyük zərərlə başa vurub.
Azxeber.com bankın hesabatlarına istinadən xəbər verir ki, ötən il “Bank of Baku”nun cəmi gəlirləri 57,380 milyon manat olub. Faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra Bankın 6,089 milyon manat əməliyyat mənfəəti qalıb. Bank, mümkün zərərlərin ödənilməsi üçün yaradılan xüsusi ehtiyatlara 41,517 milyon manat ayırdığından ötən ili 35,428 milyon manat zərər ilə başa vurub.
Qeyd edək ki, Bankın xalis zərəri 2016-cı il ilə müqayisədə 2,3 dəfə artıb. 2016-cı ildə Bankın zərəri 15,330 milyon manat zərər təşkil etmişdi. “Bank of Baku”nun cəmi aktivləri 2016-cı il ilə müqayisədə ötən il 27,2% azalaraq 399,860 milyon manat, cəmi öhdəlikləri 23,8% azalaraq 363,272 milyon manat, cəmi balans kapitalı isə 1,9 dəfə azalaraq 36,587 milyon manata düşüb. Bankın məcmu kapitalı isə 82, 706 milyon manatdan 24,611 milyon manata düşüb. Başqa sözlə, məcmu kapitalı 3,3 dəfə azalıb.
Bankın verdiyi kreditlərin həcmi 2016-cı ilin sonundakı 252,322 milyon manatdan 197,694 milyon manata düşüb.
Onu da qeyd edək ki, “Bank of Baku”ya etibar edib pul yatıranlar azalıb. Bu, 2016-cı il ilə müqayisədə ötən il banka qoyulan depozitlərin həcmində də özünü göstərir. Belə ki, depozitlərin ümumi həcmi 2016-cı ildəki 284,042 milyon manatdan 241,742 milyon manata düşüb. Başqa sözlə, depozitlərin həcmi ötən 14,9% azalıb.

Şərhlər

XƏBƏR LENTİ