SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Araz Əliyev Rüfət Aslanlının etimadını niyə itirdi? – Araşdırma

Araz Əliyev Rüfət Aslanlının etimadını niyə itirdi? – Araşdırma

Tarix:

18-02-2017, 13:10

/ 2 480 dəfə oxundu.
Araz Əliyev Rüfət Aslanlının etimadını niyə itirdi? – Araşdırma

Son dövrlər Kütləvi İnformasiya Vasitələrində yayınlanan məlumatlardan bu qənaətə gəlmək olur ki, ölkənin bank sektorunda yaranan xaos, hərciməcliyin heç də bütün səbəbləri iqtisadi amillərlə əlaqəli deyil

Təqdim olunan faktlardan görünür ki, bu məsələdə bank sektorunda kök atmış bəzi şəxslərin yarıtmaz fəaliyyəti, onlara olunan etibardan suistifadə etmələri ilə ortaya çıxan insan faktoru da deyilən sahədəki problemlərin bu şəkildə “çiçəklənməsinə” rəvac verib.

Dövlətimizin iqtisadiyyatı, əhalimizin rifahı üçün son dərəcə böyük əhəmiyyət kəsb edən bu mövzunu daima diqqətdə saxlayır. İstəyimiz budur ki, hazırda yaxşı bank işçisi adı ilə həmin sektorda mühüm post tutan bəzi şəxslərin geçdiyi karyeraya, onlara göstərilən son dərəcə mühüm etimada nə dərəcədə əməl edib-edə bilməsinə işıq salaq. Çünki praktika göstərir ki, bəzən belə faktların ictimaiyyətdən gizlin saxlanması gələcəkdə daha böyük problemlərin yaranmasına səbəb olur. Azinforum.az olaraq, bank sektorunda mühüm vəzifələr tutan və öz ətrafına dediyinə görə, güya yaxın zamanda çox böyük vəzifəyə təyanat alacağı gözlənilən bank mütəxəsislərindən biri olan Araz Əliyev barədə əldə etdiyimiz bəzi məlumatları təqdim etmək istəyirik. Qeyd edək ki, bu şəxs ölkənin bank sektoruna aid olan sahələrdə mühüm vəzifələrdə çalışıb və hazırda da sözügedən seqmentdə təmsil olunur.

Öz əmək fəaliyyətinə keçmiş Azərbaycan SSRİ-nin Əmanət Bankında inkassator kimi başlayan Araz Əliyev, çox tezliklə müstəqillik dövrümüzdən sonrakı illərdə keçmiş Əmanət, Aqrar Sənaye və Sənaye İnvestsiya Banklarının bazasında yaradılmış “Kapital Bankda” İdarə Heyətinin sədr müvini kimi mühüm bir posta qədər yüksəlib. 2010-cu ildə “Kapital Bank” özəlləşidirlməklə özəl bank kimi fəaliyyət başladı və bankın səhmlərinin 99,7 % “Paşa Holdinq” tərəfindən alınmaqla , nəzarət tam olaraq həmin Holdinqə keçdi.

Həmin dövrlərdə bankın yeni sahibləri bankda baş verən proseslərin, bankda işləyən kadrların qiymətləndirilməsini, effektliyini araşdırmaqla bankın tam yeni bir mərhələyə aparılmasını təmin edirdilər.

Zaman-zaman bankda kadr dəyişiklikləri aparılmasına başlanıldı, elə həmin dövrdə də, yəni 2011-ci ilin əvvələrində Araz Əliyev tutduğu vəzifədən azad olunmalı idi, lakin Araz Əliyev tələbə yoldaşı olan xarici havadarının Azərbaycanda kimlərdənsə xahiş etməsi onun vəzifəsində qalmasına səbəb oldu.

Lakin onun bankda həyata keçirtdiyi yarıtmaz fəaliyyəti nəticəsində 2014-cü ilin əvvəllərində A.Əliyev tutduğu vəzifədən azad olundu. Deyəsən, həmin vaxt onun “qoruyucu mələyi” köməklik əlini ondan əsirgəmişdi. İlk baxışdan proseslərin belə məcrada getməsi bundan xəbər verirdi. Sən demə, A.Əliyev münasibət qurulmusaında əsl “peşəkar”lardandır. Yəni onun kiminlə, harda və necə davranmalı olduğunu özündən başqa heç kim başa düşə bilməz. Belə ki, cəmi 5-6 ay sonra yenə onun köməyinə tələbə yoldaşı çatır və bu dəfə ona daha vacib bir post həvalə edilir. Beləliklə, 15 sentybar 2014-cü il tarixdə Araz Əliyev Azərbaycan Respublikası Qiymətli kağızlar Dövlət Komitəsi yanında “Milli Depozit Mərkəzinin” İdarə heyətinin sədri vəzifəsinə təyin olunur.

Burada işlədiyi dövrdə öz ənənsinə sadiq olaraq, münasibət saxlamaqda “mahir” olan A.Əliyev çox keçmədən Komitə sədri R.Aslanlının etimadını qazanır, onun ən yaxın dostlarından birinə çevrilir. 2016-cı ilin fevral ayında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin bazasında daha çox səlahiyyətlərə sahib Maliyyə Bazarlarına Nəzarət Palatası yaradıldı. Bu palata yarandığı vaxtlardan Araz Əliyev Bank işləri üzrə R.Aslanlın 1 nomrəli məsləhətçisi oldu.

Çox keçmədən bank sahəsində yarıtmaz fəaliyyəti nəticəsində bu sahədan uzaqlaşdırılmış A.Əliyevin məsləhətləri nəticəsində ölkənin bank sferasının necə “çiçəklənməsinin” şahidi olduq.

2016-cı ilin aprel ayında A.Əliyev R.Aslanının köməkliyi ilə özünün 29 yaşlı gənc oğlu İsmayıl Araz oğlu Əliyevi “Deka Bank” ASC-yə İdarə Heyətinin sədri vəzifəsinə gətirdi. Həmçinin öz “yağlı” təklifləri ilə “Deka Bank” ASC-ni inkişaf etdirəcəyini bankın səhmdarlarına və R. Aslanlıya bildirdi. Lakin cəmi 3 ay sonra, 22 iyul 2016-cı il tarixdə maliyyə vəziyyətinin pisləşməsi və kapital yetərsizliyi səbəbindən Bankın lisenziya ləğv olunmaqla bankın fəaliyyətinə xitam verildi.

Həmin dövrdə bankın rəhbərliyindən heç kim vəzifəsindən azad olunmadı, hər kəs öz vəzifəsində saxlanıldı. Təxminən 2-3 ay sonra, yəni 2016-cı ilin oktyabr ayında İsmayıl Əliyevin vəzifəsindən azad olundu və hal-hazırda digər bir Bankda inzibatçı vəzifəsində çalışır. Burada sual yaranır: bağlanılmış bir bankın inzibatçısı digər bankda inzibatçı vəzifəsində necə işləyir? Bu prosesdə də, R.Aslanlının ağıllı məsləhətçisi çıxış yolu kimi, oz gənc oğlunun gələcək karyerasının korlanmamsı məqsədilə bank bağlanılmamışdan 2 gün əvvələ İsmayıl Əliyevin guya öz ərizəsi ilə işdən azad olunduğunu rəsmləşdirmiş, bu qanun pozuntusuna isə bankın səhmdarları və Palata nədənsə göz yummuşlar. Qeyd edək ki, İsamyıl Əliyevin avqust, sentyabr hətta oktyabr aylarında işə gəlib -getməsi, sənədlər imzalamısı bank kollektivinin gözü qarşısında olub. Görəsən, bankın ləğvedici statusunda çıxış edən “Əmanətlərin Sığortalanması Fondunun” sədri Azad Cavadov bu halı necə rəsmiyyətə salıb.

Görünən odur ki, ölkənin bank sektoru öz ağır günlərini yaşadığı bir dövrə gəlib çıxmasından sonra R.Aslanlının da Araz Əliyevə etimadı və inamı artıq başa çatıb. Belə olmasaydı bir müddət əvvəl Palatanın direktorlar şurasının sədri “Milli Depozit Mərkəzində” yeni idarə heyəti sədrinin I müavin vəzifəsi təsis edərək ora özünün ən yaxın adamı olan Paltanın Hüquq və İcraat Departamentinin direktoru vəzifəsində işləmiş Fəxriyar Həsən oğlu Cabbarovu təyin etməzdi. Yəni sonunda A.Əliyevin yarıtmaz fəaliyyətini Aslanlı dərk edərək onu, özündən uzaqlaşdırmaqla, səlahiyyətlərini də, əlindən alıb. Artıq “Milli Depozit Mərkəzində” bütün işlərə rəhbərliyi idarə heyəti sədrinin I müavini F.Cabbarov həyata keçirir. Bu müddət ərzində A.Əliyev susmağa üstünlük verdi.

Deyilənə görə, A.Əliyev öz yaxın ətrafında yavaş-yavaş susqunluğunu səbəbini bildirməyə başlayıb. O, artıq yaxın vaxtlarda çox mühüm bir vəzifəyə, yəni Maliyyə Bazarlarına Nəzarət Palatasının direktorlar şurasının sədri vəzifəsinə keçəcəyini heç kəsdən gizlətmir. Hətta ötən dövr ərzində bank fəaliyyətinin “inkişafı” ilə bağlı yarımçıq qalan məsləhətlrinin özü tərfindən icra edəcyini, bank sektorunun onun dövründə yeni “inkişaf” mərhələsinə başlayacağını öz yaxın çevrəsinə böyük həvəslə danışır. Görəsən, onu yeni vəzifəyə həvəsləndirən hansı amillərdir, xarici dəstəkçisi olan və Qəbələdə villa tikdirib bağışladığı deyilən dostu, yoxsa…

Ölkə KİV-lərində Araz Əliyevin Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovla tələbə yoldaşı olması, hətta həmin şəxsə Qəbələdə villa tikdirməsinə dair çoxsaylı məlumatlar dərc edilib.

Yazıda adları çəkilən şəxslərin də mövqeyinə yer verməyə hazırıq.

azinforum

Şərhlər

XƏBƏR LENTİ