yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

SOCAR 2017-ci ildə DSMF-yə ödənişini 8% artırıb

SOCAR 2017-ci ildə DSMF-yə ödənişini 8% artırıb
19-01-2018, 16:27 310 dəfə baxılıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2017-ci ildə Dövlət Sosial Müdafiə Fonduna 155,984 mln. manat vəsait ödəyib.

SOCAR-a istinadən xəbər veririk ki, bu da 2016-cı illə müqayisədə 8% artıqdır.

SOCAR 2017-ci il ərzində dövlət büdcəsinə 1 511,033 mln. manat vəsait ödəyib. Şirkətin büdcə ödənişləri əvvəlki ilə nisbətən 115, 577 mln. manat, yəni 8,3% artıb.

“SOCAR-ın dövlət büdcəsinə ödənişlərinin artırılması şirkətin sabit maliyyə durumunun göstəricilərindəndir”,-məlumatda qeyd olunub.

Şirkətin iqtisadi məsələr üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib ki, SOCAR Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi strateji istiqamət üzrə irəliləyərək, son illərdə əməliyyat portfelini genişləndirməyə və şaxələndirməyə davam edib: “Həyata keçirdiyimiz beynəlxalq layihələr, illər əvvəl ölkə daxilində və xaricdə qoyduğumuz sərmayələr şirkətin hazırkı maliyyə nəticələrinə müsbət təsir göstərmiş, dövlət büdcəsinə ödənişlərin davamlı və artan xətt üzrə təmin olunması üçün əlverişli zəmin yaradıb”.
Qeyd edək ki, bir neçə il əvvəl müəyyən edilmiş strateji inkişaf strategiyasının əsasında SOCAR neft-kimya və neft-qaz emalı sənayesində fəaliyyətlərini genişləndirərək, öz gəlir mənbələrinin balanslaşdırılması istiqamətində mühüm addımlar atıb. Son illərdə xam neftin qiymətinin kəskin düşməsi fonunda, neft-kimya məhsullarının daha az dəyişkənliyə məruz qalması şirkətin gəlirlərinə müsbət təsir göstərib. Nəticədə SOCAR, dünya enerji sənayesində baş vermiş böhranın təsirlərinə tab gətirərək, 2016 və 2017-ci illəri mənfəətlə başa vurmağa nail olub.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: odenishini, ilde, 8, DSMF ye, artirib, 2017 ci, SOCAR
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-10-2018


15-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ