SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Prezidentin məmurlara tövsiyyə etdiyi "NAZ-Lifan" avtomobil zavodu bağlanır? - Heç bir məmur almır

Prezidentin məmurlara tövsiyyə etdiyi "NAZ-Lifan" avtomobil zavodu bağlanır? - Heç bir məmur almır

Tarix:

18-01-2018, 16:42

/ 2 728 dəfə oxundu.
Prezidentin məmurlara tövsiyyə etdiyi "NAZ-Lifan" avtomobil zavodu bağlanır? - Heç bir məmur almır

2016-cı ilin yanvar ayında Azərbaycan prezidenti İlham Əliyevin məmurlara Naxçıvanın Avtomobil Zavodunda (NAZ) istehsal edilmiş avtomobilləri tövsiyə etməsindən sonra bu sahəylə bağlı müzakirələr açıldı.
İki il öncə prezidentin bu çıxışı məmurlar arasında bir müddət aktual qalsa da, daha sonra heç bir əməli addım atılmadı. Belə ki, bu açıqlamadan iki il keçməsinə baxmayaraq dövlət qurumları arasında bu avtomobillərdən istifadə edən demək olar ki, yoxdur.
"NAZ-Lifan”avtomobillərini alan qurumlar sırasında Təhsil Nazirliyi, "Xəzər Dəniz Gəmiçiliyi” QSC, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, "Azərbaycan Dəmir Yolları” QSC, Azərbaycan Dövlət Sığorta-Kommersiya Şirkəti, "Azpetrol", Dövlət Neft Şirkəti, "Cahan Holding" in adı çəkilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ötən il verilən açıqlamaya görə nazirlik Naxçıvanın "NAZ-Lifan" zavodunun istehsal etdiyi avtomobilləri yalnız müharibə əlilləri üçün alır. Başqa heç bir məmurun istifadəsi üçün almır.
2017-ci ilinmartında isə mətbuatda Naxçıvan Avtomobil Zavodunda (NAZ) istehsalın dayandırdığı barədə məlumatverilmişdi. Buna səbəb kimi, zavodun istehsal etdiyi avtomobillərə təlabatın olmaması göstərilirdi.

Modern.az-a danışan zavodun icraçı direktoru Musa Abdullayev2017-ci ilin 3 ayı ərzində cəmi 3 avtomobil satdıqlarını açıqlamışdı. Bu açıqlama üzərinə qınaq obyektinə çevrilən zavod rəsmisi, çarəni jurnalistləri zavoda toplayaraq, hələ də fəaliyyətdə olmaları təsəvvürü yaratmaqda gördü.

Amma rəsmi statistika bu göstərilənlərin əsassız olduğunu bir daha sübut edir. Belə ki, Naxçıvan İqtisadiyyat Nazirliyinin açıqladığı rəsmi statistikada göstərilib ki, yanvar-iyul aylarında zavodda cəmi 30 ədəd minik avtomobili yığılıb. Bu rəqəm həm də bütövlükdə 2017-ci ili əhatə edir.

Modern.az rəsmi rəqəmlərə istinadən bir daha icraçı direktor Musa Abdullayevə müraciət edib. M.Abdullayev isə bu barədə danışmaq istəmədiyini əsəbi şəkildə qeyd edib:

"Kim nə istəyir yazsın, mən şərh verməyəcəm. Nə sualınız varsa, Naxçıvan İqtisadiyyat Nazirliyinə müraciət edin”.

Xatırladaq ki, zavodda 2016-cı ildə ümumilikdə 1200 avtomobil istehsalı nəzərdə tutulsa da, 270 avtomobil istehsal olunmuşdu.

Sifarişlərin artdığı vaxtda "NAZ-Lifan” avtomobili alan qurumlar sırasında Təhsil Nazirliyi, "Xəzər Dəniz Gəmiçiliyi” QSC, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, "Azərbaycan Dəmir Yolları” QSC, Azərbaycan Dövlət Sığorta-Kommersiya Şirkəti, "Azpetrol", Dövlət Neft Şirkəti, "Cahan Holding" və başqaları var idi.

Naxçıvan Avtomobil Zavodunda (NAZ) 8 modeldə minik avtomobilinin istehsalı nəzərdə tutulmuşdu. Bunlar "NAZ-Lifan 720”, "NAZ-Lifan 820” (Premium modellər), "NAZ-Lifan 620”, "NAZ-Lifan 630” (sedan modellər), "NAZ-Lifan X50” və "NAZ-Lifan X60” (SUV), "NAZ-Lifan 320” və "NAZ-Lifan 330” (mini) modelləridir.

"NAZ-Lifan 720” (sürət qutusu mexaniki) modelinin qiyməti 14 min manatdan, "NAZ-Lifan 820” modelinin (sürət qutusu avtomat) qiyməti 22 min manatdan başlayır. Bu avtomobillər şəhəriçi 100 kilometrə 8-9 litr yanacaq işlədir.

Onu da qeyd edək ki, NAZ avtomobillərinin ehtiyat hissələri Çinin avtomobil zavodundan gətirilirdi.

Şərhlər

XƏBƏR LENTİ