SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Xaricə ən çox pomidor və qızıl satırıq

Xaricə ən çox pomidor və qızıl satırıq

Tarix:

18-01-2018, 14:26

/ 1 423 dəfə oxundu.
Xaricə ən çox pomidor və qızıl satırıq

Ötən ilin yanvar-dekabr aylarında ölkəyə 40 101.81 ton ət məhsulları idxal edilib.

Statistika Komitəsindən bildirilib ki, noyabr ayı ilə müqayisədə ət idxalı artıb.

2017-ci il ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında pomidor (tomat) birinci
olub (151.6 milyon ABŞ dolları). Bu siyahıda ikinci yeri qızıl (125.4 milyon ABŞ dolları), üçüncü yeri isə qabığı təmizlənmiş meşə fındığı (114.5 milyon ABŞ dolları) tutub.
Ümumiyyətlə, ötən il ərzində meyvə-tərəvəz ixracı 503 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 118 milyon, plastmas və onlardan hazırlanan məmulatların ixracı 101 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 83 milyon, kimya sənayesi məhsullarının ixracı 80 milyon, pambığın ixracı 52 milyon, elektrik enerjisinin ixracı 51 milyon, şəkərin ixracı 39 milyon, çayın ixracı 10 milyon ABŞ dolları təşkil edib.
Qeyd edək ki, 2016-cı illə müqayisədə 2017-ci ildə pambığın ixracı 2.1 dəfə, elektrik enerjisinin ixracı 80 faiz, tütün və tütünün sənaye əvəzedicilərinin ixracı 72 faiz, çayın ixracı 66 faiz, kimya sənayesi məhsullarının ixracı 42 faiz, meyvə-tərəvəzin ixracı 35 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 20 faiz, spirtli və spirtsiz içkilərin ixracı 17 faiz, plastmas və onlardan hazırlanan məmulatların ixracı 2 faiz artıb.
Dekabr ayı üzrə ixrac olunan əsas mallar xurma, tomat (pomidor) qabığı təmizlənmiş meşə fındığı, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda), alma, metanol (metil spirti) və s. olub. Dekabr ayında xurmanın ixracının dəyəri 20.9 milyon ABŞ dolları, pomidorun ixracının dəyəri 11.4 milyon ABŞ dolları və qabığı təmizlənmiş meşə fındığının ixracının dəyəri 9.9 milyon ABŞ dolları təşkil edib. Ümumiyyətlə, 2017-ci ildə 2016-cı illə müqayisədə pomidor ixracı 61 faiz, xurma ixracı 32 faiz, fındıq ləpəsi ixracı 9 faiz, almanın ixracı 30 faiz artıb.

Şərhlər

XƏBƏR LENTİ