yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

'Nisyə alıcıların sayı iki dəfə artıb' - Bazarda real mənzərə

'Nisyə alıcıların sayı iki dəfə artıb' - Bazarda real mənzərə
17-02-2017, 11:58 526 dəfə baxılıb
yüklənir...

Astaranın mərkəzi bazarında əvvəlki qələbəlik yoxdur. Bazarda alıcıdan daha çox satıcı gözə dəyir. Elə satıcı var ki, yoldan keçənin də qarşısını kəsir, malını təklif edir...

Kənd təsərrüfatı məhsulların topdan və pərakəndə satışı ilə məşğul olan bir sahibkar deyir ki, adamların alıcılıq qabiliyyəti aşağı düşüb: «Kartof İranındır. Yerli məhsul daha gətirilmir. Bir kiloqramı 70 qəpiyədir. Arpanın bir kiloqramı 42, buğda isə 40 qəpiyədir. Arpa yoxdur. Dedilər Rusiyadan gələcək, hələ ki, yoxdur. Kəpək ötən ilə nisbətən bahadır, kisəsi 5 manata. İçində 20 kiloqram kəpək var. Qoz, fındıq özümüzündür, kilosu 7 manatadır. Kələm, çuğundur, yerkökü müxtəlif rayonlardan gətirilir. Almanın qiyməti bir qədər qalxıb - 20-30 qəpik. Kələm ötən ilə nisbətən bahadır, kilosu 1 manatadır. Ötən ilə nisbətən qazanc azdır...».

O deyir ki, soğanın qiyməti dəyişməyib: «Soğanın bir kisəsi 5 manatdır. Kisədə 35 kiloqram soğan var. Bu məhsulu Ağdamdan gətirirlər. Soğanı gətirən adam şikayət edirdi ki, yolpulunu belə çıxarda bilmir. Soğanı xaricə buraxmadılar, bu məhsulu əkənlərin beli qırıldı. Bu il çətin ki, bu qədər soğan əksinlər. Bu ilin sonunda soğanın qiyməti kəlləçarxa çıxacaq».

Alıcılardan biri deyir ki, göyərti istəyir, gücü buna çatır: «Yaşım 70-i ötüb. Həyat yoldaşımla yaşayıram. İkimiz də pensiya alırıq. İşığı, qazı bahalaşdırdılar, pulun yarısı ora gedir. Yaşlı adamlarıq. Bizə istilik yemək qədər vacibdir. Gecə-gündüz soba yanır. Dərman alırıq. Bir övladımız Rusiyadadır. O olmasa, vəziyyətimiz daha da pis olar. Yediyimiz elə şorbadır. Tərəvəz tökürəm üstünə, bir təhər dolanırıq. Əsas odur ki, sakitlik olsun...».

Akif adlı satıcı deyir ki, əvvəlki qazancı yoxdur: «Nə qazanc? Rəhmətliyin oğlu, söhbət çörəkpulundan gedir. İşsizlikdəndir. İş olsa, gedib işləyərəm də. 6-7 saat ayaq üstə, soyuq havada, adam istəyərəm dözsün».

Bunu isə qəssab deyir. Onun deməsinə görə, ətlik mal-qaranın da sayı azalıb: «Ötən ilin payızında xəstəlikdən xeyli mal-qara öldü. Ətlik maldan ötrü dağa qalxıram, 24 kilometr yol gedirəm, Sım kəndinə. Orda da mal-qara azalıb. Bazarda 7 yerdə ət satırdılar, indi 4-ü qalıb. Ət alan da azdır. 200 qram ət alırlar. İlin bu vaxtları balıq ovu aktivləşir. Balıq olur, ətdən də ucuz. Toyuq əti də ətdən ucuzdur».

Supermarketlərdə vəziyyət bir qədər fərqlidir.

Burda satılan istehlak malların çoxu xaricdən gətirilib. Ona görə də qiymətlər daim yüksələn xətlə dəyişir. Mağaza sahibinin deməsinə görə, qiymət artımına öyrəşiblər: «Şəkər, qənd özümüzündür. Qəndin bir kiloqramı 1 manat 90 qəpik, şəkər tozu isə 1 manat 30 qəpiyə satılır. Quş əti 4 manat 30 qəpiyədir, 5 manata gətirmişdilər, götürmədim. Yağlar hər ay 5-10 faiz qalxır. Bu ayda ən çox düyü qalxıb, 5 kiloqramlıq düyü 15 manat 50 qəpik olub. Əvvəllər 11 manata idi. 50 kiloqramlıq un 28 manatdır. Nisyə alıcıların sayı iki dəfə artıb. İndi çörəyi də nisyə alırlar. Əvvəllər belə şey yox idi. İndi mağazaya gələnlər uzaqbaşı 4-5 manat xərc çəkirlər, o da zəruri ərzaq məhsulları alırlar. Çox çətindir. Dərdini kimə deyəsən?».
Astara rayonunun Ərçivan kənd sakini, işadamı Fayıq Cəfərzadə isə deyir ki, ticarət obyektləri bağlanır: «İki mağazanı bağladım. Xərci qazancından çox çıxırdı. Gündə ərzaq məhsulların qiyməti dəyişir. Bezdim. Bu qovhaqovda monopolistlər qazanır. Halalıq itib. İndi çəltik əkini ilə məşğulam. Obyektlərimi icarəyə vermək istəyirəm».

Cəlilabad rayon sakini, iqtisadçı Əlipənah Rzalı istehlak mallarının qiymətlərin dəyişməsini təbii sayır: «İdxaldan asılıyıq. Xaricdən gələn məhsullar dollarla alınır, dollar da manata nisbətən bahalaşır. İstehlak məhsullarının çoxu xaricdən dollarla alınır, ölkədə isə manatla satılır. Bu nisbətə görə xaricdən gələn malların qiyməti dəyişir».

İqtisadçının dediyinə görə, bahalaşma kənd təsərrüfatına da təsir edəcək: «Toxumluq kartofu Rusiyadan gətirirlər. Rusiya kartofu manatla satmaz ki? Eşitdiyimə görə, Astarda toxumluq çəltiyi İrandan gətirirlər. Yəqin ki, İran da bu toxumluğu dollarla satar. Bu baxımdan, alınan toxumlar baha başa gələcək. Hər kəs üçün əlçatan olmayacaq. Bahalaşma üzü yuxarı gedir...».


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

20-10-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ