SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Samir Şərifovdan manat - Açıqlaması

Samir Şərifovdan manat - Açıqlaması

Tarix:

28-12-2017, 09:40

/ 1 378 dəfə oxundu.
Samir Şərifovdan manat - Açıqlaması

Milli valyutamız manatın məzənnəsi sabitləşib.

Bu barədə ölkənin maliyyə naziri Samir Şərifov AZTV-yə açıqlamasında deyib.

“İlin əvvəlinə baxsaq, görərik ki, hətta manatın məzənnəsi bir qədər möhkəmlənib. İlin əvvəli ilə müqaisədə təxminən 3,4%-dırsa, fevral ayı ilə müqaisədə 10% möhkəmlənmə baş verib”, deyə nazir qeyd edib.

S.Şərifov onu da deyib ki, manatın məzənəsinin daha da möhkəmlənməsinə təzyiqlər mövcuddur: “Bu da bir daha manata olan inamın tədricən bərpa olunmasının göstəricisidir”.

Onun sözlərinə görə, cari il Azərbaycan iqtisadiyyatı üçün uğurlu bir il olub: “Cari ildə biz 2015-2016-ci illərdəki ölkə iqtisadiyyatının xarici şoklara məruz qaldığı problemlərinin həlli ilə məşğul olmuşuq, ölkənin makroiqtisadi vəziyyətinin sabitlədirilməsinə daha çox səylər göstərilib”.

Samir Şərifovun sözlərinə görə, 11 ayın yekunları göstərir ki, iqtisadiyyatda sabitləşmə baş verib və ölkənin iqtisadi vəziyyəti əvvəlki illə müqaisədə daha sabitdir: “Azərbaycan hökumətinin gördüyü tədbirləri beynəlxalq maliyyə fondları tərəfindən də çox yüksək qiymətləndirilir”.

Şərhlər

XƏBƏR LENTİ