SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » “Dəmirbank”da əhalinin 28 milyonu batdı (EKSPRET)

“Dəmirbank”da əhalinin 28 milyonu batdı (EKSPRET)

Tarix:

27-12-2017, 11:39

/ 1 602 dəfə oxundu.
“Dəmirbank”da əhalinin 28 milyonu batdı (EKSPRET)

"Dəmirbank”da kompensasiya olunmayan əmanətlərin həcmi 28,3 milyon manatdır. Bu isə o deməkdir ki, 28 milyon manatdan artıq əmanətin geri qaytarılmasına ümid yoxdur".
Bu haqda iqtisadçı alim Vüqar Bayramov yazıb. Ekspert bildirib ki, Əmanətlərin Sığortalanması Fondu qorunan əmanətləri geri qaytarır, qorunmayan depozitlər isə bankın məsuliyyətindədir:
"Müflis olan bankda qorunmayan əmanətlər aktivlər passivləri üstələdiyi halda geri qaytarıla bilər. Ötən il müflis olan 11 bankda yalnız qorunan əmanətləri geri qaytarmaq mümkün olub. Etiraf etmək lazımdır ki, qorunan əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən tam olaraq geri qaytarılır. Bununla belə, dəfələrlə təklif etdiyimiz kimi, qorunmayan əmanətlərin taleyi ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən real addımların atılmasına ehtiyac var”.

İqtisadçı hesab edir ki, əvvəla, bankın cəlb etdiyi əmanətlərin məbləği onun ödəmə qabiliyyətinə və ya aktivlərinin həcminə münasib olmalıdır:

"Öhdəliklərin aktivləri üstələməsi qorunmayan əmanətlərin geri qaytarılmasına imkan vermir. İkincisi, bank menecerlərinin məsuliyyəti artırılmalıdır. Qorunmayan əmanəti cəlb edərək, onu xərcləyən banklar müflis olmaqla, yumşaq desək, "məsələni bağlayırlar”. Halbuki, bank həmin pullardan faydanalanaraq qazanc əldə edib və deməli, onların qaytarılmasına da məsul olmalıdır.
Üçücünsü, bu istiqamətdə qanunvericiliyə dəyişikliklərin edilməsinə ehtiyac var. Bank qorunmayan əmanəti cəlb edərək onu kreditə yönəldir. Qorunmayan əmanətin bank tərəfindən qaytarılması məcburi deyil, amma həmin pullarla verilmiş kredit geri qaytarılır. Deməli, geri alınan kredit məhz qorunmayan əmanətlərin ödənilməsinə yönəldilməlidir. Nəhayət, mediada və eləcə də sosial şəbəkələrdə belə geniş təbliğatdan sonra vətəndaşlarımızın sadəcə bir bankda 28,3 milyon manat qorunmayan əmanət saxlaması səbəblərini də izah etmək çətindir. 2-3 faiz artıq gəlirdən ötrü pulu riskə atmaq heç zaman başadüşülən deyil”.

Şərhlər

XƏBƏR LENTİ