yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Yeni vergi naziri nələri dəyişəcək? – Sahibkarların gözü Cabbarovda

Yeni vergi naziri nələri dəyişəcək? – Sahibkarların gözü Cabbarovda
22-12-2017, 11:22 177 dəfə baxılıb

Mikayıl Cabbarovun vergilər naziri təyin olunmasından artıq iki həftə keçib. Onun nazirlik strukturlarında edəcəyi dəyişikliklərdən daha çox, ümumilikdə ölkənin vergi sistemində baş verəcək proseslər insanları daha çox maraqlandırır. Xüsusilə vergi orqanları ilə daim birbaşa təmasda olan sahibkarlar təbəqəsinin yeni nazirdən gözləntiləri olmamış deyil.

Sahibkarlar yeni rəhbərliyin vergi sistemində hansı addımları atmasını zəruri sayırlar? Nazirin dəyişməsi onların vergi orqanları ilə münasibətlərinə hansı yöndən təsir göstərə bilər?

Bu barədə "Yeni Müsavat”a danışan "Qanun” nəşriyyatının sahibi Şahbaz Xuduoğlu deyib ki, yeni nazirdən bir çox müsbət gözləntiləri var: "Yaxşıya doğru dəyişikliklər gözləyirəm. Yeni nazir gəncdir, vergi sahəsindən məlumatlı olduğuna əminəm. Təhsil sistemində çoxdan oturuşmuş mənfi tendensiyaları dağıtmağa çalışdı. Vergi sahəsində də müəyyən islahatların aparılmasını gözləyirəm. Ən azından vergidə formalaşmış korrupsiyanı aradan qaldıra bilsə, bizim üçün böyük bir dəyişiklik olacaq”.

Sahibkar onu da bildirib ki, bilavasitə özünün fəaliyyət sahəsində vergi dərəcələrinin dəyişməsini zəruri sayır: "Vergi sistemində bir sadələşməyə ehtiyac var. Düşünürəm ki, bundan sonra baş verəcək bütün dəyişikliklər sahibkarların fəaliyyətini stimullaşdırmağa yönəlməlidir, nəinki məhdudlaşdırmağa. Məsələn, bizim fəaliyyət göstərdiyimiz kitab işi sahəsində vergi dərəcələri yüksəkdir. Azərbaycanda kitabın indiki durumuna adekvat deyil bu dərəcələr. Qonşu ölkələrdən Gürcüstanda kitab işi vergidən tamamilə azaddır, Türkiyədə isə cəmi 8 faiz Əlavə Dəyər Vergisinə cəlb olunur. Bizdə isə ƏDV 18 faizdir, kitab nəşri üçün lazım olan bütün avadanlıq və xammala tətbiq olunur. Çox istəyərdim ki, yeni nazir bu vergi dərəcələrinə təkrarən, azalma istiqamətində, kitabın xeyrinə olaraq baxsın”.

Daha bir iş adamı, sabiq Milli Məclis üzvü Nazim Bəydəmirli isə deyib ki, Azərbaycanda vergilər sahəsində əsas problem verginin 3 müxtəlif qurum tərəfindən yığılmasıdır. Biz buna adi baxırıq, amma bu, ciddi məsələdir: "Dövlət Gömrük Komitəsi aksiz vergiləri və idxaldan əlavə dəyər vergisini yığır. Əmək və Əhalinin Sosial Müdafiəsi Fondu sosial vergini - əmək haqqından 25 faiz məbləğində - yığır. Buna sosial vergi ona görə deyirəm ki, fond əsasən dövlət büdcəsindən ayırmalar hesabına fəaliyyət göstərir, öz-özünü maliyyələşdirmir. Öz-özünü maliyyələşdirsəydi, sosial vergi deyil, sosial sığorta haqqı olardı.

Nəhayət, Vergilər Nazirliyi digər vergiləri toplayır. Hesab edirəm ki, bu 3 qurum vahid bir strukturda birləşdirilməli, vergi islahatları aparılmalıdır. Bu gün əmək haqqından 25 faiz sosial, 14 faiz gəlir vergisi tutulur. Bunları vahid bir sosial vergidə birləşdirib dərəcəsini də 20 faiz təyin etmək olar. Belədə sahibkarların da marağı olan işçilərin və əmək haqqının hamısını qeydə aldırmağa, qara mühasibatlıq tamamilə ləğv olunar. Bu dediyim islahatları Gürcüstan keçib, həm də ona görə orada büdcə gəlirlərində vergilərin payı 94 faizdən yuxarıdır, biz də isə 50 faizə də çatmır".

N.Bəydəmirli Mikayıl Cabbarovu şəxsən tanıdığını və ona uğurlar arzuladığını qeyd edib: "Onun yeni islahatlar apara biləcəyinə əminliyim var. Şəxsi keyfiyyətləri də buna imkan verir. Nazirlər Kabineti qeyd etdiyim struktur islahatları barədə cənab prezident qarşısında təkliflə çıxış etməlidir. Digər mühüm məsələ hamının qanunlar qarşısında bərabərhüquqlu olmasının təmin edilməsidir. Bu gün belə bərabərlik təmin olunmur - vergidən ən çox yayınan elə iri holdinqlərdir. Bu vəziyyət dəyişəcəksə, struktur islahatları aparılacaqsa yeni nazir bir çox şeylərə nail ola biləcək”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Cabbarovda, Yeni, naziri, vergi, neleri, deyishecek, Sahibkarlarin, gozu
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ