SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Bankın bütün əmlakı satışa çıxarıldı

Bankın bütün əmlakı satışa çıxarıldı

Tarix:

19-12-2017, 11:01

/ 1 278 dəfə oxundu.
Bankın bütün əmlakı satışa çıxarıldı

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan bir sıra bankların balansında olan daşınan və daşınmaz əmlakını hərrac yolu ilə satışa çıxarır.

Ləğv prosesində olan “Standard Bank” KB-nin balansında olan 1 (bir) ədəd “Daewoo Nexia”, 6 (altı) ədəd “Mitsubishi Lancer”, 6 (altı) ədəd “Toyota Corolla”, 1 (bir) ədəd “Toyota Avalon”, 3 (üc) ədəd “Hyundai Accent” markalı minik avtomobilləri, 1(bir) ədəd “Fiat Doblo Cargo” və 1 (bir) ədəd “Mersedes-815” yük avtomobilləri, 2 (iki) ədəd bankomat və 1 (bir) ədəd embosser satışa cıxarılıb.

Həmçinin ləğv prosesində olan “Atrabank” ASC-nin balansında olan 1 (bir) ədəd “Ford Focus”, 1 (bir) ədəd “Mitsubishi Pajero” markalı minik avtomobilləri və 2 (iki) ədəd embosser hərraca cıxarılıb.

Bundan başqa, ləğv olunan “Kredobank” ASC-nin balansında olan qeyri-yaşayiş sahəsi və “Texnikabank” ASC-nin balansında olan bag evi satışa cıxarılıb.

Şərhlər

XƏBƏR LENTİ