yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Yeni Vergilər Naziri büdcəni artırdı – ŞƏRT QOYDU

Yeni Vergilər Naziri büdcəni artırdı – ŞƏRT QOYDU
13-12-2017, 17:20 591 dəfə baxılıb

Vergilər naziri Mikayıl Cabbarov rəhbəri olduğu federasiyanın büdcəsini artırıb.

Məlumata görə, Azərbaycan Badminton Federasiyası ötən illə müqayisədə maliyyə problemlərini aradan qaldırıb.

Belə ki, federasiya bu ildən həm maaşları vaxtında ödəməyə, həm də yeni idmançıların milliyə cəlb olunmasına başlayıb. Yeni vergilər naziri təyin olunan Mikayıl Cabbarovun büdcəni artırmaqla qurumun fəaliyyətini genişləndirmək və olimpiadaya qədər heyəti gücləndirmək niyyətindədir. Federasiya rəhbərliyinin irəli sürdüyü şərtə görə, növbəti ildən yarışlarda uğur qazanılacağı təqdirdə maaşlarda artım da olacaq.

Məsələ ilə bağlı badminton federasiyasının mətbuat katibi Kənan Hakimovla əlaqə saxladıq. Qurum rəsmisi Unikal.org-a belə açıqlama verib:

"Federasiyanın büdcəsi ilə bağlı heç nə deyə bilmərəm. Əsas odur ki, heç bir maddi sıxıntı yoxdur. Maaşlar vaxtında ödənilir. Bu həftəsonu ali təhsil müəssələri arasında klub çempionatı start götürəcək. Artıq iki indoneziyalı idmançımız var. Ümumilikdə idmançılarımız hazırlığını davam etdirir. Növbəti mövsüm üçün təqvimdə yer alanlar bir çox yarışlarda iştirak edəcək. Bu təqvimə də gələn ilin fevralında Rusiyanın Kazan şəhərində keçiriləcək Avropa çempionatı daxildir. İdmançılarımız burada geniş tərkiblə təmsil olunacaq”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: budceni, ShERT, Naziri, artirdi, Yeni, Vergiler, QOYDU
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

12-12-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ