SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Azərbaycanın 16 neft yatağının sahibinin 8 milyard dollarlıq borcları: bir çox aktivləri əldən çıxacaq...

Azərbaycanın 16 neft yatağının sahibinin 8 milyard dollarlıq borcları: bir çox aktivləri əldən çıxacaq...

Tarix:

7-12-2017, 12:25

/ 1 409 dəfə oxundu.
Azərbaycanın 16 neft yatağının sahibinin 8 milyard dollarlıq borcları: bir çox aktivləri əldən çıxacaq...

Rusiyanın Mərkəzi Bankı ölkənin bank sektorunun sağlamlaşdırılması tədbirləri çərçivəsində “Binbank”la da məşğul olmağa başlayıb. Bu, Azərbaycanın 16 quru neft yatağının sahibi olan inquş milyarder, “Russneft”in sahibi Mixal Qutseriyevə və qohumu Mikail Şişxanova məxsus bankdır. Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, bu ilin sentyabr ayında Mərkəzi Bank “Binbank”ın 350-370 milyard rubl həcmində (5.8-6.1 milyard dollar) əlavə kapitallaşmaya ehtiyacı olduğu qənaətinə gəlib.
Bu səbəbdən Mixail Qutseriyev və qohumu Mərkəzi Banka 70 milyard rubl dəyərində aktivləri verməyi öhdələrinə götürürlər. Əslində daha çox verməli idilər, lakin Qutseriyevlər ailəsinin kredit borcları hələ 2015-ci ilin sonlarında 8 milyard dollara çatmışdı və aktivlərin çoxu həmin kreditlərə görə banklarda girov idi. Ona görə də Mərkəzi Bank “Binbank”a kapital dəstəyinə görə Moskvada Qutseriyevlər ailəsinə məxsus olan kommersiya daşınmaz əmlakı və mədəni irs abidəsi olan “Meşşaninlərin həyəti”ni (həmin binada ofis kompleksi yerləşir), “Kuryanovskoe” anbar-ofis kompleksini və Moskva ətrafındakı “Vegetta” meyvə-tərəvəz topdansatış bazasını ala bilər.
“Binbank”ın səhmlərinin 28.5 faizi Mixail Qutseriyevə, qalanı Şişxanova məxsusdur. 2008-ci ildə Qutseriyevin offşor şirkəti "Global İnvestment Energu” (sonradan bu şirkət "Naftis”in tərkibinə daxil edilib) Azərbaycanın 4 neft yatağında qazma işləri aparmaqla bağlı lisenziyaya malik iki şirkətin səhmlərini alıb. Söhbət "Mişovdağ” və "Kəlaməddin” yataqlarının operatoru "Karasu Operating Companu”nin 85, "Padar” və "Harami” yataqlarının operatoru "Kura Valley Operating Companu”nin 80 faizlik aksiyalarından gedir. Səhmlərin qalanı ARDNŞ-in olub.
Həmin il ARDNŞ M.Qutseriyevin yaratdığı, öz strukturlarında "Abşeron Operating Companu Limited” ("Zığ” və "Hövsan” yataqlarını işləyir), "Karasu Operating Companu” ("Kəlamətdin” və "Mişovdağ”), "Kura Valey Operating Companu” ("Padar-Hərəmi”), "Neftçala İnvestments Limited” ("Neftçala”, "Xıllı”, "Durovdağ-Bazanan”), "Binagadi Oil Companu” ("Binəqədi”, "Qırmakı”, "Çaxnaqlar”, "Sulutəpə”, "Masazır”, "Fatmayı”, "Şabandağ” və "Sianşor”) şirkətlərini birləşdirən "Qlobal Enerji Azərbaycan Ltd.” ilə hasilatın pay bölgüsü (HPB) tipli 16 yatağın işlənməsi üzrə 2 neft kontraktı imzalayıb.

Virtualaz.org

Şərhlər

XƏBƏR LENTİ