SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Azərbaycanlı milyarderə təhdid: Boz kardinal bu şirkəti alır?

Azərbaycanlı milyarderə təhdid: Boz kardinal bu şirkəti alır?

Tarix:

27-11-2017, 12:35

/ 1 634 dəfə oxundu.
Azərbaycanlı milyarderə təhdid: Boz kardinal bu şirkəti alır?

Rusiya Energetika Nazirliyinə hökumət "Rosneft”in "Lukoyl” və "Tatneft” şirkətlərini alması ilə bağlı hansısa təklif və əmr göndərməyib.

Bunu RBK televiziyasına müsahibəsində Rusiya energetika naziri Aleksandr Novak söyləyib.

"Bizim neft sənayemizdə iki yüzdən çox şirkət işləyir. Əlbəttə, bunlardan bəziləri böyük, bəziləri isə kiçikdir. Bizdə kifayət qədər böyük rəqabət var. Ona görə də şirkətlərin sayının azaldılması ilə bağlı hansısa fikir yoxdur. Rusiyada bazar iqtisadiyyatı hökm sürür”, – deyə o bildirib.

Qeyd edək ki, "Rosneft” 2016-cı ildə özəlləşdirmə çərçivəsində "Başneft” şirkətinin səhmlərinin 60,16%-ni almışdı. Sonradan alınan səhmlər 69,3%-ə çatdırılmışdı. Bundan sonra Rusiya mətbuatı "Rosneft”in rəhbəri İqor Seçin üçün əsas hədəfin "Lukoyl” və Tatarıstanın "Tatneft” şirkətinin olduğu haqqında informasiya yaymışdı.

Şərhlər

XƏBƏR LENTİ