yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”na dəyişikliklər olunub

“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”na dəyişikliklər olunub
15-11-2017, 09:13 3 659 dəfə baxılıb

Nazirlər Kabineti “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda dəyişikliklər edib.

Bu Qayda Azərbaycan Respublikasının dövlət büdcəsinin tərtibi və icrasının təşkilati, hüquqi və iqtisadi əsaslarının prinsiplərini müəyyən edir.

Dəyişikliklər “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 16 dekabr tarixli qanunla əlaqədardır. Başqa sözlə, Qaydaya əsasən dövlət büdcəsinin icrası barədə illik hesabat və müvafiq qanun layihəsi Maliyyə Nazirliyi tərəfindən hazırlanaraq növbəti ilin aprel ayının 25-nə kimi Nazirlər Kabinetinə təqdim edilib. “Büdcə sistemi haqqında” qanuna dəyişikliklə əlaqədar artıq Maliyyə Nazirliyi dövlət büdcəsinin icrası barədə illik hesabat və müvafiq qanun layihəsini növbəti ilin aprel ayının 25-nə kimi Hesablama Palatasına da təqdim etməlidir.

Qaydaya edilən digər dəyişikliyə əsasən dövlət büdcəsinin icrası barədə illik hesabat və müvafiq qanun layihəsi kağızla bərabər artıq həm də elektron daşıyıcı formasında Nazirlər Kabineti və Hesablama Palatasına təqdim edilməlidir. Növbəti dəyişiklik hesabatın əhatə etdiyi məlumatlarla əlaqədardır. İndiyə qədər hesabat özündə digər məlumatlarla yanaşı, bütün dövlət borcları, il ərzində götürülən dövlət borcları və verilən dövlət zəmanətləri, buraxılmış dövlət qiymətli kağızları və ehtiyat fondlarından il ərzində istifadə haqqında məlumatları əks etdirib. Bundan sonra isə hesabat həm də məqsədli büdcə fondlarının və yerli gəlirlərin vergi və digər ödəniş növləri üzrə icrası haqqında məlumatları da əks etdirəcək.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: budcesinin, tertibi, icrasi, ve, deyishiklikler, Dovlet, Qaydalarina, olunub
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ