SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Nazir manatdan danışdı

Nazir manatdan danışdı

Tarix:

7-11-2017, 12:45

/ 60 116 dəfə oxundu.
Nazir manatdan danışdı

2018-ci ilin dövlət büdcəsi layihəsi hazırlanarkən 2018-2021-ci illərdə makroiqtisadi proqnozlar və qlobal iqtisadi proseslər nəzərə alınıb.

Bunu maliyyə naziri Samir Şərifov bildirib.

Nazir bildirib ki, İlham Əliyevin rəhbərliyi altında görülən iqtisadi siyasət tədbirləri hədəflənən nəticələrə, yəni ölkədə makroiqtisadi sabitliyin bərqərar olmasına, milli valyutanın məzənnəsinin sabitləşdirilməsi və ona olan inamın bərpa olunmasının ilkin mərhələsinin təmin olunmasına cari ilin əvvəlindən ötən dövr ərzində nail olduğunu göstərir.

"Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə ölkə iqtisadiyyatında geriləmənin surəti 3,9 faiz-bənddən 0,6 faiz-bəndə qədər azalıb. Məqsədyönlü siyasət nəticəsində ölkədə qeyri-neft sektoru üzrə 2,5%-lik real artıma nail olunub. Bundan başqa, ticarət və tədiyyə balansı üzrə müsbət saldoya doğru meyilləri güclənib.

Ticarət dövriyyəsində 4,4 milyard dollar müsbət saldo əldə edilib, o cümlədən dövlətin qeyri-neft sektorunun inkişafına artan maliyyə dəstəyi və qeyri-neft ixracının stimullaşdırılması hesabına dövlətin valyuta ehtiyatlarından qənaətlə istifadə edilməsi, ixrac üzrə xarici ticarət dövriyyəsinin ölkəyə valyuta axınının artması və digər fiskal və monetar tədbirlərin həyata keçirilməsi hesabına 2017-ci ilin əvvəlinə nisbətən 9 ayda icmal büdcəsini kəsiri 12 faiz-bənd azalıb. Belə ki, proqnozlaşdırılan 11,3%-lik icmal büdcənin kəsiri əvəzinə 1,2% səviyyəsində profisit əldə edilib. Dövlət sektorunun məcmu valyuta ehtiyatları isə 10%-dən çox artıb", - deyə S.Şərifov vurğulayıb.

Nazir qeyd edib ki, 2018-ci ilin dövlət büdcəsi hazırlanarkən ölkənin müdafiə qabiliyyətinin daha da yüksəldilməsi, kənd təsərrüfatı sahəsinin inkişafı, məşğulluğun artırılması və sosialyönümlü tədbirlərin, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı zəruri xərclərin prioritet olaraq qaldığını bəyan edib.

Nazir qeyd edib ki, növbəti il dövlət büdcəsinin gəlirləri 20,127 mlrd. manat, xərcləri isə 20 mlrd. 905,7 mln. manat təşkil edəcək. Beləliklə, dövlət büdcəsinin 778,7 mln. manat kəsirlə icra olunacağı proqnozlaşdırılır.

Şərhlər

XƏBƏR LENTİ