SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Qubad İbadoğlu gömrükdə “əriyən” pulları açıqladı

Qubad İbadoğlu gömrükdə “əriyən” pulları açıqladı

Tarix:

6-10-2017, 11:28

/ 89 435 dəfə oxundu.
Qubad İbadoğlu gömrükdə “əriyən” pulları açıqladı

:“Qeydiyyata düşməyən məbləğ 2 milyard dollardan çoxdur”

İqtisad elmləri doktoru Qubad İbadoğlu facebook səhifəsində Azərbaycanın 10 ticarət tərəfdaşı olan dövlətlə ticarət dövriyyəsinin güzgü statistikası əsasında fərqini dərc edib.

Alimin araşdırmasına görə, 2015-ci ildə bu dövlətlərlə idxalda dövlət büdcəsinə daxil olmalı olan 1,3 milyard manat vəsait itirilib. İbadoğlu yazdıqlarına təsdiq kimi Azərbaycanın və ticarət tərəfdaşı olan ölkənin ticarət statistikasındakı rəqəmləri cədvəl şəklində təqdim edib. Amma, Azərbaycanın Dövlət Gömrük Komitəsi hələ araşdırmaya münasibət bildirməyib.

Araşdırmanı təqdim edirik:

“2015-ci ildə dövlət büdcəsi gömrük ödənişlərindən 1,3 milyard manat vəsait itirib. Həmin ili 10 ticarət tərəfdaşı ilə idxal əməliyyatları üzrə qeydiyyatsız dövriyyə 2 milyard 30 milyon dollar və ya hazırkı məzənnə ilə 3 milyard 451 milyon manat olub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin və 10 tərəfdaş ölkənin 2015-ci ili əhatə edən dövr üçün idxal əməliyyatlarına dair məlumatları əsasında güzgü statistikası metodologiyası ilə göstəricilər arasındakı fərqi aşkarlamaq üçün hesablamalar apardım.
Fərq əvvəlki illərlə müqayisədə azalsa da (hesab edirəm ki, bu da obyektiv səbəbdən baş verir, çünki ümumilikdə idxal da əvvəlki illərlə müqayisədə azalıb) yenə də əhəmiyyətlidir. Bəzi ölkələr (İsrail, Gürcüstan, Türkiyə və Almaniya) üzrə fərq isə əvvəlki illərlə müqayisədə daha da böyüyüb. Hesablamalar göstərdi ki, 10 ticarət tərəfdaşı ilə idxal əməliyyatında qeydiyyata düşməyən dövriyyə 2 milyard 30 milyon dollardan çoxdur ki, bu da həmin ölkələr üzrə idxal əməliyyatlarının orta hesabla hər 3 dollarından 1 dollarının qeydiyyata salınmaması və ya gömrük dəyərinin bir o qədər azaldılması deməkdir.
Qubad İbadoğlu gömrükdə “əriyən” pulları açıqladı
Qubad İbadoğlu gömrükdə “əriyən” pulları açıqladı

Şərhlər

XƏBƏR LENTİ