SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Azərbaycanda iş adamları üçün yeni güzəştlər

Azərbaycanda iş adamları üçün yeni güzəştlər

Tarix:

3-10-2017, 16:37

/ 81 712 dəfə oxundu.
Azərbaycanda iş adamları üçün yeni güzəştlər

Azərbaycanda yeni iş yerləri yaradan və ya işçilərinə yüksək maaş verən sahibkarlara vergi güzəştləri tətbiq ediləcək.

Bu barədə FED.az-a Vergilər Nazirliyindən bildirilib. Nazirlikdən qeyd olunub ki, hazırda kiçik və orta sahibkarlar üçün yeni vergi güzəştlərinin tətbiqi ilə bağlı işlər aparılır. Vergi güzəştləri həm sadələşdirilmiş vergi, həm də mənfəət vergisinin ödəyicilərinə aid olacaq.

Güzəştlərin verilməsi zamanı müxtəlif mexanizmlərdən istifadə ediləcək. Belə ki, güzəşt təkcə vergi dərəcələrinin azaldılması yolu ilə deyil, həm də şirkətin və ya iş adamının gəlirlərinin məbləğinin azaldılması formasında həyata keçiriləcək.

Bu yeniliklərin parlamentdə təsdiqlənərək, gələn ilin əvvəlindən qüvvəyə minməsi planlaşdırılır.

Şərhlər

XƏBƏR LENTİ