yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Tanınmış bank “Garant holding”in baş ofisini əlindən aldı - 30 milyonluq KREDİT BORCU

Tanınmış bank “Garant holding”in baş ofisini əlindən aldı - 30 milyonluq KREDİT BORCU
16-01-2017, 19:39 953 dəfə baxılıb

Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus "Garant Holding"in baş ofisinin yerləşdiyi bina holdinqin əlindən alınıb.

Bu barədə məlumatlı mənbə bildirib.

Mənbənin iddiasına görə, Baki şəhəri, Sarabski küçəsi 657 ünvanında yerləşən binanı "Paşabank" "girov götürüb". Buna səbəb isə nazir oğlunun holdinqinin banka külli miqdarda kredit borcunun olmasıdır.

Fakt barədə danışan mənbə bildirir ki, "Garant Holding"in "Paşabank"a nə az, nə çox - təxminən 30 milyon civarında borcu var. Bu məbləğin manatla yoxsa dollarla olduğu məlumatda bildirilməsə də, istənilən halda böyük məbləğdən söhbət gedir.

Mənbə qeyd edir ki, son illərdə "Garant Holding"ə daxil olan şirkətlər tənəzzül yaşayır və artıq iflas həddindədir. Bu haqda da kifayət qədər faktlar var və həmin faktları mətbuata çıxarmağa hazırdır.

mediafax


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ