SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Neftlə bağlı sevindirci proqnoz: 85 dollar ola bilər

Neftlə bağlı sevindirci proqnoz: 85 dollar ola bilər

Tarix:

29-09-2017, 11:04

/ 88 463 dəfə oxundu.
Neftlə bağlı sevindirci proqnoz: 85 dollar ola bilər

Neftin qiyməti 80, hətta 85 dollara yüksələ bilər.

Bu barədə "S&P Dow Jones"un departament rəhbəri Codi Qunzberq açıqlama verib.

Onun fikrincə, son günlərdə neft qiymətlərində müşahidə olunan artım davam edəcək. Codi Qunzberq bildirib ki, artıq neft bazarında real balanslaşma prosesi başlayıb və təklif defstlə üzləşərsə, neftin qiyməti 80-85 dollara çatacaq.

Qeyd edək ki, hazırda Nyu-Yorkun əmtə birjasında WTI neftinin 1 barelinin qiyməti 51.49, London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 57.58 dollardır.

Azərbaycanın dünya bazarına çıxartdığı "Azeri LT CIF" markalı neftin bir bareli isə 59.38 dollar olub.

Şərhlər

XƏBƏR LENTİ