SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Paytaxtda bu məhsulların dəyəri artdı - Rəsmi

Paytaxtda bu məhsulların dəyəri artdı - Rəsmi

Tarix:

28-09-2017, 16:00

/ 106 755 dəfə oxundu.
Paytaxtda bu məhsulların dəyəri artdı - Rəsmi

Cari ilin yanvar-avqust aylarında paytaxtda pərakəndə ticarət dövriyyəsinin həcmi 2016-cı ilin yanvar-avqust aylarına nisbətən müqayisəli qiymətlərlə 2,1 faiz artaraq, 11732,5 milyon manat olub.

Şəhərin ticarət şəbəkələrində satılan ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz artaraq, 5220,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 1,8 faiz artaraq, 6511,7 milyon manata bərabər olub.

İstehlak məhsullarının 19,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 67,8 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 12,9 faizi isə paytaxtın məhsul bazarlarında satılıb. Cari ilin yanvar-avqust aylarında elektron qaydada pərakəndə ticarət şəbəkəsində 29,3 milyon manatlıq və ya 2016-cı ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,6 dəfə çox istehlak məhsulları satılıb.

Elektron şəbəkə vasitəsilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 97,6 faizi hüquqi şəxslərdən, 2,4 faizi isə fərdi sahibkarlardan alınıb. Satışın bu növü vasitəsilə, əsasən, qeyri-ərzaq məhsullar realizə olunub.

Şərhlər

XƏBƏR LENTİ