SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Neftimizin bir bareli 60 dollardan baha satılır

Neftimizin bir bareli 60 dollardan baha satılır

Tarix:

28-09-2017, 08:48

/ 39 516 dəfə oxundu.
Neftimizin bir bareli 60 dollardan baha satılır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 26-da 60,3 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,21 dollar/barel azdır.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 26-da 59,69 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,19 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 26-da 56,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,18 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə sentyabrın 26-da 59,17 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,1 dollar/barel azdır.

Şərhlər

XƏBƏR LENTİ