SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Azərbaycanda bu sahəyə pul yatıranlar 5 milyon dollar qazanacaq

Azərbaycanda bu sahəyə pul yatıranlar 5 milyon dollar qazanacaq

Tarix:

27-09-2017, 16:21

/ 54 054 dəfə oxundu.
Azərbaycanda bu sahəyə pul yatıranlar 5 milyon dollar qazanacaq

Azərbaycanda ən çox alınıb-satılan qiymətli kağızlar olan SOCAR İstiqrazlarının sahiblərinin qazancı yaxın günlərdə 5 milyon dollara çatacaq. SOCAR İstiqrazları üzrə növbəti faiz ödənişinin tarixi açıqlanıb.

"SOCAR Capital" MMC-dən məlumata görə, növbəti faizlər oktyabrın 17-də ödəniləcək. Həmin gün istiqraz sahibləri hər istiqraza görə 12,5 dollar olmaqla, ümumilikdə, 1,25 milyon dollar gəlir əldə edəcəklər.

Bu, SOCAR İstiqrazları üzrə sayca 4-cü faiz ödənişi olacaq. Əvvəlki faiz ödənişləri yanvar, aprel və iyul aylarının 17-də həyata keçirilib. Həmin ödənişlər nəticəsində istiqraz sahibləri indiyədək 3,75 milyon dollar qazanıblar.

Oktyabrın 17-də həyata keçiriləcək faiz ödənişindən sonra isə istiqraz sahiblərinin illik gəliri 5 milyon dollara çatacaq.

Xatırladaq ki, nominal qiyməti 1000 dollar olan SOCAR İstiqrazlarının illik gəlirliliyi 5% və ya ildə 50 dollardır. Faizlər hər 3 aydan bir ödənilir.

İstiqrazlar dollarla buraxıldığına görə, onlar üzrə faiz ödənişləri də dollarda həyata keçirilir. Faizlər istiqraz sahiblərinin bank hesablarına köçürüləcək. Onlar bu pulları istədikləri kimi istifadə edə bilərlər.

SOCAR İstiqrazları Azərbaycanın qiymətli kağızlar bazarında fiziki və hüquqi şəxslər tərəfindən ən çox alınan qiymətli kağızlardır. İstiqrazların əsas üstünlükləri SOCAR tərəfindən nominal qiymətə alış zəmanəti və likvidliyin yüksək olmasıdır. Nəticədə, istiqrazların qiyməti heç vaxt min dollardan aşağı düşmür və onları cəmi bir neçə dəqiqəyə nağd pula çevirmək mümkündür. Bu xüsusiyyətlərinə görə, SOCAR İstiqrazları hazırda bazarda ən sərfəli və əlverişli yatırım imkanlarından sayılır. Artıq özəl şirkətlər də vəsaitlərini SOCAR İstiqrazlarında saxlamağa üstünlük verirlər.

SOCAR İstiqrazlarını təkrar bazardan əldə etmək üçün 1 və 5 saylı ASAN Xidmət mərkəzlərinə və ya *1999 qaynar xəttinə müraciət etmək lazımdır.

Şərhlər

XƏBƏR LENTİ