SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Molbulak BOKT-dən prezidentə şikayət - NARAZILIQ VAR...

Molbulak BOKT-dən prezidentə şikayət - NARAZILIQ VAR...

Tarix:

6-02-2017, 09:54

/ 2 798 dəfə oxundu.
Molbulak BOKT-dən prezidentə şikayət - NARAZILIQ VAR...

Bir müddət əvvəl Bərdə sakini Quliyev Rəfail Qəzənfər oğlunun şikayətini dərc etmişdik. Narazı vətəndaş mətbuat vasitəsi ilə prezident İlham Əliyevə ,Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyevaya, Ədliyyə naziri Fikrət Məmmədova, Ali Məhkəmənin sədri Ramiz Rzayevə, Maliyyə Bazarlarlarına Nəzarət Palatasının direktoru Anar Salmanova və Ali Məhkəmənin hakimi Ələsgər Əliyevə kömək üçün müraciət etmişdi.Rəfail Quliyev 2012-ci ildən Molbulak BOKT MMC-nin Bərdə filialının müdiri kimi əmək fəaliyyətinə başladığını və 2014- cü ildə qanunsuz olaraq Əmək Məcəlləsinin 70 maddəsinin ç bəndinə əsasəsn işdən azad olunduğunu, onun Molbulak BOKT MMC-nin bu qərarından məhkəməyə şikayət verdiyini, Yasamal rayon Məhkəməsinin 13 iyun 2016-cı il tarixli və Bakı Appelyasiyası Məhkəməsinin 19 sentyabr qərarlarıyla onun şikayətinin təmin olunduğunu qeyd edib.Şikayətçi hətta qeyd edirdi ki,məhkəmə qərarlarının olmağına baxmayaraq Molbulak BOKT MMC-dən bildiriblərki onu məhkəmələrdə süründürəcəklər.
Bizə təkrar müraciət edən şikayətci mətuat vasitəsilə bu məsələni ictimailəşdirməyi xahiş edir.O bildirir ki, Molbulak BOKT MMC hər iki məhkəmənin qərarından narazı qalaraq Ali Məhkəməyə kassasiya şikayət verib.8 fevral 2017-ci il tarixində saat 11.00 Ali Məhkəmənin hakimi Ələsgər Əliyevin sədrliyi ilə bu şikayətə baxılacaq. Mən inanıram ki digər məhkəmələr kimi Ali Məhkəmədə qanunlarımızın ali tutaraq haqq-ədaləti bərpa olunmasına qərar verəcək.
Xatırladaq ki, 2015-ci ilin oktyabr ayında Molbulak BOKT MMC- nin Bərdə filialında bir qrup işçinin qanunsuz olaraq işdən çıxarılması ilə bağlı mətbuatda yazılar getmişdi.Həmin yazılarda bankın işdən azad olunan işçiləri köhnə filial müdiri Rəfail Quliyev haqqinda yuksək idarəçilik qabiliyyətinin,tabesində olduğu işçilərnən gözəl davranışının olduğunu qeyd etmişdilər. Hətta onlar bildirmişdilər ki, belə bacarıqlı filial müdirinə qarşı olan haqsızlığa təcübləniblər
Bizdə vətəndaşın müraciətin mətbuat olaraq işıqlandırdıq.İnanırıq ki, Ali Məhkəmə Rəfail Quliyevin məhkəmə işini araşdıraraq ədalətli qərar çıxaracaq.

Şərhlər

XƏBƏR LENTİ