SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » Bu il dolların qiyməti qalxacaq?

Bu il dolların qiyməti qalxacaq?

Tarix:

21-09-2017, 15:13

/ 108 969 dəfə oxundu.
Bu il dolların qiyməti qalxacaq?

Xəbər verdiyimiz kimi, dünən ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) növbəti iclası keçirilib. Qurum bu dəfə uçot dərəcəsində hər hansı bir dəyişiklik etməyib. İqtisadçılar uçot dərəcəsi əvvəlki kimi saxlanasa da, dolların bu ilin sonuna qədər dünyada bahalaşmasının gözlənildiyini qeyd edib.

Dünənki iclasın nəticələrini şərh edən iqtisadçı ekspert Samir Əliyev bildirib ki, bu ilin sonuna kimi dünya bazarında dolların bahalaşması manatın məzənnəsinə hər hansı bir təsir göstərməyəcək: “Bu, FED-in il sonuna kimi keçirdiyi axırıncı iclas deyil. Hardasa hələ 2 iclas olacaq. Ehtimal olunur ki, ilin sonuna kimi bir dəfə uçot dərəcəsi qaldırılacaq. Təbii ki, bu, bir gözləntidir. Uçot dərəcəsinin qaldırılması isə avtomatik olaraq dünyada dolların bahalaşmasına gətirib çıxarır. Dolların bahalaşması isə neftin ucuzlaşmasına təsir edir.

Azərbaycanda bu gün üzən məzənnəyə keçid elan olunsa da, faktiki olaraq manatın məzənnəsini banklar müəyyənləşdirmir. Mərkəzi Bank öz haqlarından istifadə etməklə manatın məzənnəsini tənzimləyir. Bu o deməkdir ki, dünya bazarında ilin sonuna kimi FED-in uçot dərəcəsini qaldırıb-qaldırmamasının manata hər hansı bir təsiri olmayacaq. Ayrılmış vəsait nəticəsində Mərkəzi Bank bir il ərzində manatın məzənnəsini istədiyi kimi idarə edə bilir. Düşünürəm ki, il sonuna kimi də hər hansı bir dəyişiklik olmayacaq. Ola bilər ki, noyabr-dekabr aylarında dolların müəyyən qədər bahalaşması halı müşahidə olunsun. Yəqin ki, Mərkəzi Bank buna da icazə verməyəcək. İl sonuna kimi qeyri-sabitlik, məzənnə dəyişikliyi gözləmirəm.

Amma 2018-ci il tamam başqa bir situasiyadır. 2017-ci ildə olduğu kimi Neft Fondundan Mərkəzi Banka pul ayrılacaqmı, yoxsa yox? Sırf bu sualın cavabından asılı olaraq nəsə demək olar”.

“Qafqazinfo”

Şərhlər

XƏBƏR LENTİ