yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Bakı Tikiş Evi monopoliyanı gücləndirib, qiyməti bahalaşdırır – Rəqabətsiz bazar

Bakı Tikiş Evi monopoliyanı gücləndirib, qiyməti bahalaşdırır – Rəqabətsiz bazar
20-09-2017, 16:19 52 825 dəfə baxılıb
yüklənir...

Eyyub Hüseynov: “Bakı Tikiş Evi hamını məcbur edir ki, onların formalarını alsınlar. BTE bu qüvvənin hesabına bazarda hökmranlıq etmək istəyir”
“Uzun müddətdir ki, məktəbli formalarının tikilməsində standartların müəyyən olunmasını təklif edirik”.
Bunu “Sherg.az”a Bakı Tikiş Evinin (BTE) “Bazarlarda sağlamlığa zərərli məktəbli formaları satılır” iddiasını dəyərləndirərkən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
O bildirib ki, azad bazar iqtisadiyyatında hansı fabrik, qurum istəyirsə, standartlara uyğun formaları tikib, bazara çıxartmalıdır:
“Belə olarsa, rəqabət yaranar, məktəbli formalarının qiyməti də 50 faiz aşağı düşər. Lakin bir fabrikin arxasında nazirlik, 52 min müəllim ordusu, 4500 məktəb durub. Söhbət BTE-dən gedir. Dünyanın heç bir yerində belə vəziyyət yoxdur ki, tikiş fabrikinin arxasında bu qədər qüvvə dayansın. Hamını məcbur edirlər ki, onların formalarını alsınlar.
BTE bu qüvvənin hesabına bazarda hökmranlıq etmək istəyir. BTE-nin üzərində emblemi var, bu mənasızdır və götürülməlidir. Azad bazar iqtisadiyyatı şəraitində kim istəyir, həmin rəngdə, həmin çeşiddə məktəbli formalarını istehsal etməlidir. Hansısa fabrik BTE-nin emblemini vurmaq istəsə, icazə almalıdır. Belə olsa, qiymətlər də xeyli azalar, keyfiyyət isə artar.
BTE-nin sağlamlığa zərərli məktəbli formalarının bazarda yer alması barədə iddiaları sübut olunmamış fikirlərdir.
Qeyd edək ki, “Bakı Tikiş Evi” ASC-nin satış şöbəsinin direktoru Etibar Əzimovun sözlərinə görə, “Bakı Tikiş Evi” etiketi ilə saxta məktəbli formaları satılır və bu formalardan istifadə məktəblilərin həyatı üçün təhlükəlidir.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: qiymeti, Baki, monopoliyani, Tikish, guclendirib, Reqabetsiz, bahalashdirir, bazar, Evi
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

18-10-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

sunay1ramazanova@gmail.com


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ